Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
24.09.2026, 17:40
Sabahdan başlayaraq iki gün ərzində Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Oxu24.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan "The European House – Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.
Ötən ilin sentyabrında keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1 000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.
19:46 / 27 Sentyabr 2026
8
19:40 / 27 Sentyabr 2026
53
19:37 / 27 Sentyabr 2026
20
19:36 / 27 Sentyabr 2026
31
19:05 / 27 Sentyabr 2026
42
18:44 / 27 Sentyabr 2026
55
18:25 / 27 Sentyabr 2026
56
17:14 / 27 Sentyabr 2026
63
17:08 / 27 Sentyabr 2026
62
16:51 / 27 Sentyabr 2026
66
16:45 / 27 Sentyabr 2026
63
16:39 / 27 Sentyabr 2026
129
16:36 / 27 Sentyabr 2026
82
16:27 / 27 Sentyabr 2026
71
16:14 / 27 Sentyabr 2026
71
15:59 / 27 Sentyabr 2026
74
15:48 / 27 Sentyabr 2026
80
15:42 / 27 Sentyabr 2026
764
15:30 / 27 Sentyabr 2026
66
15:15 / 27 Sentyabr 2026
72
15:05 / 27 Sentyabr 2026
69
14:53 / 27 Sentyabr 2026
71
14:50 / 27 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.