6 milyon manatdan çox güzəştli kredit ayırılıb
12 Noyabr 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
24.09.2026, 14:06
Uzun illər prokurorluq orqanlarında xidmət etmiş Azərbaycan Prokurorluğunun veteranı İsgəndər Cavadovun 70 illik yubileyinin tamam olması ilə əlaqədar tədbir keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və digər əməkdaşlar iştirak ediblər.
Baş prokuror çıxış edərək İsgəndər Cavadovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bununla yanaşı İsgəndər Cavadovun uzun illər ərzində prokurorluq orqanlarında səmərəli xidmət göstərdiyini, Azərbaycan idmanının inkişafına mühüm töhfələr verdiyini, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, idmana marağın və fəallığın təşviq olunmasında mühüm rol oynadığını vurğulayıb.
Çıxışlarda İ.Cavadovun idman sahəsində uzun illər ərzində göstərdiyi fəaliyyətdən, əldə etdiyi uğurlardan və gənc nəslin idmana marağının artırılması istiqamətində gördüyü işlərdən söz açılaraq, onun öz fəaliyyəti və həyat yolu ilə gənclər üçün örnək və nümunə olduğu vurğulanıb.
İsgəndər Cavadov yubileyi münasibətilə söylənilən xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib. O, ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdiyini qeyd edərək, bunun bariz nümunəsi kimi Prezident ilham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmasını vurğulayıb. Həmçinin idman sahəsində fəaliyyəti dövründə Ümummilli Lider Heydər Əliyevin daim yüksək ehtiram və dəstəyini hiss etdiyini xüsusi qeyd edib.
İ.Cavadov prokurorluq orqanlarında qulluq keçmənin qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə daim göstərilən dəstək və hörmətə görə dərin minnətdarlığını ifadə edib.
13:00 / 12 Noyabr 2026
4
12:40 / 12 Noyabr 2026
45
12:25 / 12 Noyabr 2026
83
12:05 / 12 Noyabr 2026
88
11:55 / 12 Noyabr 2026
89
11:50 / 12 Noyabr 2026
107
11:36 / 12 Noyabr 2026
85
11:35 / 12 Noyabr 2026
95
11:34 / 12 Noyabr 2026
140
11:31 / 12 Noyabr 2026
93
11:24 / 12 Noyabr 2026
395
11:21 / 12 Noyabr 2026
90
11:19 / 12 Noyabr 2026
186
11:05 / 12 Noyabr 2026
95
11:00 / 12 Noyabr 2026
98
10:45 / 12 Noyabr 2026
112
10:39 / 12 Noyabr 2026
122
10:36 / 12 Noyabr 2026
107
10:27 / 12 Noyabr 2026
301
10:20 / 12 Noyabr 2026
109
10:18 / 12 Noyabr 2026
99
10:05 / 12 Noyabr 2026
277
09:51 / 12 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.