Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
331
24.09.2026, 09:09
Bu gün Yasamal və Xəzərin bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Oxu24.com-a verilən məlumata görə, sentyabrın 24-də paytaxtın Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev küçələri, Hüseyn Cavid prospekti, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nin ərazisində bir sıra 6 kV-luq ikidövrəli hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri zamanı saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsində Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.