5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1048
23.09.2026, 14:01
Ali məktəbə qəbul olmaq hər bir gənc üçün böyük uğur olsa da, müstəqil həyata ilk addımlar heç də həmişə asan olmur. Təhsil, yaşayış, maddi təminat, psixoloji adaptasiya və gələcəkdə işlə təmin olunmaq kimi məsələlər istənilən gənc üçün böyük qayğıdır.
Xüsusilə də uşaq evlərindən çıxan, valideyn, qohum-qardaş dəstəyi olmayan gənclərin qarşısında bu qayğılar ikiqat artır. Belə ki bu il uşaq evlərindən 28 gənc ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub.
Maraqlıdır, onlar həyatlarının yeni mərhələsində dövlət tərəfindən hansı dəstəyi alırlar? Təhsil müddətində yaşayış və digər sosial-maddi ehtiyacları necə qarşılanır?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatlarının bütün mərhələlərində dövlət qayğısı ilə əhatə olunuduğu bildirilib. Onlara sosial, psixoloji, məişət, pedaqoji və digər xidmətlər göstərilir. Əsas məqsəd onların təhlükəsizliyinin, inkişafının, təhsilinin və cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsidir.
Qeyd olunub ki, bu qayğı yalnız onların uşaq evində yaşadığı dövrlə məhdudlaşmır. Valideyn himayəsindən məhrum olmuş və ali, orta ixtisas və ya peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər də təhsil aldıqları müddətdə müvafiq qayğı ilə təmin olunurlar.
Onların yeni həyata adaptasiyası, təhsillərini davam etdirməsi, məşğulluğunun təmin olunması və digər sosial məsələlərin həlli istiqamətində müəssisələrdə çalışan sosial işçilər və psixoloqlar tərəfindən dəstək göstərilir.
Bununla yanaşı, qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzəldikdə dövlət tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinət də alırlar.
Beləliklə, uşaq evinin tələbələrinə təhsil və müstəqil həyata keçid mərhələsində onların qarşılaşa biləcəyi sosial və məişət çətinliklərinin aradan qaldırılması üçün dəstək mexanizmləri davam etdirilir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.