Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
21 Sentyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
21.09.2026, 22:12
Bu gün bu ölkədə “çağdaş ziyasızlığın ətaləti” patogenezinin müəlliflərindən birinin — Nizami Cəfərovun doğum günüdür.
Yəqin ki, hər birinizə bu isim tanış gəldi... İstər siyasi, istərsə də ədəbi arenada ağ işığın, ilahi prinsiplərin alnını, surətini nişan alan, azadlıq harmoniyasına xəlvət-xəlvət tətik çəkən həmin akademiki deyirəm.
Yaxşı xatirimdədir, Yazıçılar Birliyinin Sibirüzlü 13-cü qurultayı idi. Məlum qurultay başlar-başlamaz, adəti üzrə öz təbiəti ilə daim “edam kötüyündə təzim” əsərini, “səcdə nəzəriyyəsi”ni yaratmağa nail olan həmin bu Nizami Cəfərov həzrətləri çıxış üçün söz alıb, Tanrının qanına bulaşmış əlahəzrət səhnəyə ayaq basıb, “Anarizm səddi”ndən (“diktatorlar quyusu”ndan!) boylana-boylana, başladı “Biz öz sədrimizi çoxdan seçmişik” başlıqlı “mütilik mühazirəsi” oxumağa...
Ümumiyyətlə məmləkətin “qandal simfonik orkestri”ndə var olan Nizami Cəfərovlar qırmızı rəngli Nargin adasına bənzəyir... Onlarda NƏLƏR güllələnmədi ki, NƏLƏR güllələnmir ki?!..
... Elə sözümün bu yerində, fikirlərimin bu vədəsində bir müddət öncə Tehran Əlişanoğlunun qələmindən (eləcə də Tehran Əlişanoğlunun qələminin timsalında çağdaş ədəbiyyatşünaslığın “reanimasiya vəziyyəti”ndən) bəhs etdiyim bir YAZIm Nizami Cəfərovun doğum gününə ÖN SÖZ olsun:
TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİ İNTİHARI”...
Bu günlərdə müasir dövr ədəbiyyatşünaslığının ümumi durumunu, “qanqren” vəziyyətini ifadə edən, ədəbi həqiqətlərlə dolu bir YAZI ilə (haqlı olaraq!) çıxış etmişdim. Hətta o vəziyyətin yaranmasının təşkilində, təməlində dayanan, SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan... TRAFARET YAZILARın müəlliflərindən bir neçəsinin adını da konkret olaraq çəkmişdim.
Məhz həmin ƏDƏBİ YAZImda adı keçən imzalardan biri də qələmi bir çox məqamlarda “ədəbi fanatizmlik”də sürgündə “can verən”, prinsipləri öz təzim psixologiyasının yaratdığı “Damokl qılıncı”nın altında çarmıxa çəkilən, eləcə də çağdaş ədəbiyyatşünaslığın fiaskosunun müəlliflərindən olan Tehran Əlişanoğludur.
O Tehran Əlişanoğlu ki... MƏTNin emal və enerji mərhələsini müşahidə edib, çözə bilmək “idrak kodu”na malik ola – ola özündəki itaətkarlıq sindiromu ucbatından bir çox hallarda “Vaqif Yusifli kütləviliyi”nə transfer oldu... olur. Bu isə Tehran Əlişanoğlunun “ədəbi intiharı”ndan başqa heç nəyi ifadə etmir!.. edə də bilməz!
GƏLİM MƏTLƏBƏ... Demək, qələmi haqqında bəhs etdiyim həmin Tehran Əlişanoğlunun bir neçə gündür ki, “Müstəqillik havasını içənlər” kitabını(n elektron variantını) vərəqləyirəm... VƏ o kitabı nəzərdən keçirtdikcə müasir ədəbiyyatşünaslığın, ədəbi prosesin NİYƏ və NECƏ iflasa uğramasının bir daha şahidi olmamaq mümkünsüzdür!..
TƏSƏVVÜR EDİRSİNİZMİ(?) Tehran Əlişanoğlu həmin “travmalı kitab”da hətta “Vahid Əzizi poeziyası...” ifadəsi ilə cümləyə də başlaya bilir. Əslində mahiyyət etibarı ilə cümləyə başlamır, Vahid Əzizi ƏDƏBİYYAT adı altında təqdim edəcək “dərəcəyə” qədər SƏNƏT PRİNSİPLƏRİnin “qatili” olmağı bacarır.
İfadəyə baxın ha - “Vahid Əziz poeziyası...”. Adama deməzlərmi, ay gözəlim məmləkətin hörmətli Tehran Əlişanoğlusu, Vahid Əziz hara, SƏNƏT, ƏDƏBİYYAT hara?!..
BİR GÜN BƏLKƏ DƏ O KİTABLA BAĞLI DAHA ƏTRAFLI VƏ XÜSUSİ ŞƏKİLDƏ YAZACAĞAM...
İNDİ İSƏ keçim gəldiyim mətləbin mərkəzinə...
DEMƏK, həmin “travmalı kitab”ın bir bölümündə də Tehran Əlişanoğlu (gerçək sənətin meyarlarından yox!) irrasionalizmdən yola çıxaraq populizm mahiyyətli bir çıxış edib, korkoranə şəkildə, ümumi fikirlərlə Sabir Rüstəmxanlının qələmindən söz açıb, yazır (Bir az da dəqiq desək, əslində, yazmır, müəllif qarşısında “düşüncənin ədəbi səcdə halı”nı yaşayır!):
“Sabir Rüstəmxanlının adı bizim Müstəqillik ədəbiyyatının Ön sıralarında gəlir...”
Baxın, elə bu şəkildə də qeyd edir... və “yazı” sonuna qədər də necə deyərlər, bu “xətt”ə sadiq qalır.
İndi, görəsən, cidd – cəhdlə Sabir Rüstəmxanlının “boz şeir”lərini və ümumən yazdıqlarını müxtəlif “sözlərlə”, “fikirlərlə” “pərdələyə - pərdələyə” ƏDƏBİYYAT adı altında təqdim edən Tehran Əlişanoğlu həmin Sabir Rüstəmxanlının müəllifi olduğu bir ədəbi nümunə göstərə bilərmi ki, SƏNƏTi ehtiva etsin, SƏNƏTKARLIĞın təsdiqi olsun? Göstərə bilərmi? Əlbəttə ki, yox!
... Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir, hörmətli Tehran Əlişanoğlu! Bu faktı siz də bilirsiniz, axı!
Oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini, yazdıqlarını. Dəfələrlə oxumuşuq!.. Bir çoxları tərəfindən İlahiləşdirilən “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və.s oxumuşuq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik.
Onun şeirlərinin, yazdıqlarının mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm, xroniki pafos! Məhz bu detallardan ibarətdir o şeirlərin varlığı. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” daim yad olub.
... “İntiharizmdən” usanmadınızmı, Tehran Əlişanoğlu?
Emin Rasimoğlu
22:27 / 21 Sentyabr 2026
39
22:22 / 21 Sentyabr 2026
36
22:20 / 21 Sentyabr 2026
33
22:04 / 21 Sentyabr 2026
1
22:04 / 21 Sentyabr 2026
30
22:03 / 21 Sentyabr 2026
50
21:55 / 21 Sentyabr 2026
55
21:47 / 21 Sentyabr 2026
55
21:41 / 21 Sentyabr 2026
65
21:35 / 21 Sentyabr 2026
63
21:32 / 21 Sentyabr 2026
64
21:30 / 21 Sentyabr 2026
77
21:21 / 21 Sentyabr 2026
64
21:18 / 21 Sentyabr 2026
54
21:18 / 21 Sentyabr 2026
55
21:11 / 21 Sentyabr 2026
92
21:02 / 21 Sentyabr 2026
56
20:56 / 21 Sentyabr 2026
64
20:52 / 21 Sentyabr 2026
63
20:29 / 21 Sentyabr 2026
65
20:10 / 21 Sentyabr 2026
82
19:44 / 21 Sentyabr 2026
59
19:28 / 21 Sentyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.