Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
18.09.2026, 18:16
“Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışını genişləndirməkdir.
Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, eləcə də erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər müraciət edə bilərlər. Şəxsi mənzilində və ya digər uyğun məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər də qeydiyyatdan keçə bilər.
Namizədlərdən minimum tam orta təhsil, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Onlar xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim edilən məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.
Qruplarda 4-8 uşaq olacaq. Təlimlər həftədə 4 gün, gündəlik 2-2,5 saat müddətində keçiriləcək. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü təşkil olunacaq.
Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq ediləcək.
Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il müəyyənləşdirilib. Müraciətlər qiymətləndirildikdən sonra növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.KONKRET.az
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.