Əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA
03 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
757
18.09.2026, 15:24
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksək pensiya almaq imkanları da artır.
Bəs yüksək pensiya almaq üçün hansı şərtlər əsas rol oynayır? Pensiyanın məbləğini hansı amillər müəyyən edir?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, yüksək pensiya almaq üçün şəxsin uzun müddət rəsmi işləməsi və əməkhaqqısına uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi vacibdir.
“Yüksək pensiya almaq üçün şəxsin ya uzun müddət rəsmi işləməsi, ya da yüksək əməkhaqqı alaraq həmin gəlirə uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi gərəklidir. Burada əsas məsələ təkcə əməkhaqqının məbləği deyil, DSMF-yə ödənilən sosial sığorta haqlarıdır.
Oxu: Fermerlərə şad xəbər: Pulu əvvəlcədən ala biləcəklər - Yeni qanun
Məsələn, bir şəxs 2000 manat əməkhaqqı alır, lakin bunun müəyyən hissəsini qeyri-rəsmi şəkildə əldə edir və rəsmi əməkhaqqısı daha aşağı göstərilirsə, gələcəkdə həmin şəxsin pensiyası da buna uyğun formalaşacaq və yüksək pensiya almaq imkanları məhdudlaşacaq”, – deyə ekspert bildirib.
G.Hüseynovanın sözlərinə görə, əmək fəaliyyəti dövründə formalaşan pensiya kapitalı da gələcək pensiyanın məbləğinə təsir edən əsas amillərdəndir.
“Şəxsin işlədiyi müddətdə topladığı pensiya kapitalı sonrakı dövrdə onun pensiyasının məbləğinə təsir göstərir. Buna görə də əmək fəaliyyətinin rəsmi şəkildə aparılması və sosial sığorta ödənişlərinin tam məbləğdə həyata keçirilməsi vacibdir”, – deyə ekspert vurğulayıb.
Ekspert pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, belə şəxslərin əmək fəaliyyətini davam etdirdiyi müddətdə formalaşdırdığı əlavə pensiya kapitalı müəyyən şərtlər daxilində gələcək pensiya məbləğinə təsir göstərə bilər.
Beləliklə, gələcəkdə daha yüksək pensiya almaq baxımından rəsmi əmək fəaliyyəti müddəti, əməkhaqqının rəsmi məbləği, ödənilən sosial sığorta haqları və formalaşan pensiya kapitalı mühüm əhəmiyyət daşıyır.
11:01 / 03 Noyabr 2026
4
10:51 / 03 Noyabr 2026
35
10:44 / 03 Noyabr 2026
57
10:39 / 03 Noyabr 2026
43
10:30 / 03 Noyabr 2026
100
10:27 / 03 Noyabr 2026
110
10:24 / 03 Noyabr 2026
48
10:20 / 03 Noyabr 2026
77
10:17 / 03 Noyabr 2026
112
10:01 / 03 Noyabr 2026
293
10:00 / 03 Noyabr 2026
81
09:58 / 03 Noyabr 2026
73
09:31 / 03 Noyabr 2026
77
09:29 / 03 Noyabr 2026
80
09:28 / 03 Noyabr 2026
86
07:35 / 03 Noyabr 2026
161
06:33 / 03 Noyabr 2026
177
03:05 / 03 Noyabr 2026
503
02:30 / 03 Noyabr 2026
604
01:55 / 03 Noyabr 2026
286
00:25 / 03 Noyabr 2026
214
00:20 / 03 Noyabr 2026
495
00:15 / 03 Noyabr 2026
344
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.