Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
252
18.09.2026, 12:39
Azərbaycanda aqrar sektorda tətbiqi planlaşdırılan məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında - "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, bir neçə ildir ki, pambıqçı fermerlər tədarükçülərlə müqavilə bağlayır, onlardan müəyyən məhsulları götürür, əvvəlcədən müəyyən qədər pul alır: "Amma bu ödəniş çox vaxt ilin sonuna gəlib çıxır. Fermer də ilin sonunda aldığı vəsaitlə təsərrüfatını yaşada bilmir. Çünki ona əvvəldən pul lazımdır ki, torpaqda şum aparsın, gübrə versin. Ən effektiv yol məhsul şəhadətnaməsinin tətbiq olunmasıdır".
"Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin böyük bir tədbirində iştirak etdik. Bir neçə rayonun fermerləri orada iştirak edirdi. Orada suallar qaldırıldı ki, məhsul şəhadətnaməsini buraxan adam öhdəlik götürür, amma bu məhsulu verə bilmədi. Bəs nə etməlidir? Ancaq qanun layihəsində açıq yazılır ki, bu, başqa ərzaqla, əmtəə ilə və yaxud pul vəsaiti ilə əvəzləşdirilə bilər. Təbii ki, fermer məhsulu verməyə bilər. Bəs nə etməlidir? Onda həmin şəxs aqrar sığortaya müraciət edib oradan ödəniş ala bilər. Ya da özünün pulu varsa öhdəliyini yerinə yetirə bilər. Və yaxud heyvan verə bilmirsə, digər məhsulla borcverəni razı sala bilər. Bu, qanunda yazılır. Ona görə təşvişə ehtiyac yoxdur ki, bu məhsulu verə bilmədi, borclu qalacaq. Xeyr. Hər bir sahibkarın müəyyən imkanı var və o imkanlar daxilində bu məsələləri həll edə bilər. Mülki Məcəlləyə və "İcra haqqında" qanuna ediləcək dəyişikliklərlə məhsul şəhadətnaməsi hüquqi status alacaq", - deyə deputat əlavə edib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.