Qəhvənin qoxusu stressi azalda bilər
09 Noyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
278
18.09.2026, 11:17
Azərbaycanda rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası sürətlə genişlənir və dərslərin keçirilmə formasını kökündən dəyişdirir. Elektron dərsliklər, onlayn platformalar və müxtəlif innovativ vasitələr şagirdlərin tədris resurslarına əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Lakin bu müasir imkanların təhsilə tətbiqi sürətli olduğu qədər də bir sıra ciddi suallar və risklər doğurur. Xüsusilə süni intellekt texnologiyalarının təhsil və elm sahəsinə daxil olması gənclərdə tənqidi təfəkkürün formalaşmasına və biliklərin keyfiyyətinə necə təsir göstərir? Bu prosesdə hələ də aradan qaldırılmayan problemlər, kadr çatışmazlığı və tənzimləmə mexanizmlərinin zəruriliyi gündəmdə qalan əsas məsələlerdendir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını təhsil eksperti Məzahir Məmmədli cavablandırıb.
Məzahir Məmmədli bildirib ki, rəqəmsal texnologiyaların təhsilə tətbiqi bəzi obyektiv səbəblərdən istənilən templə tənzimlənmir. Süni intellekt cəmiyyətin bütün sahələrinə, o cümlədən elm və təhsilə tam inteqrasiya etsə də, bu sürətə uyğunlaşmaq mexanizmlərini hələ tam müəyyənləşdirmək mümkün olmayıb.
Ekspert qeyd edib ki, sahə üzrə ixtisaslaşmış mütəxəssislərin az olması rəqəmsal texnologiyaların təhsilə geniş tətbiqi istiqamətində atılan addımların gecikməsinə səbəb olur.
“Şagirdlərin bilik və bacarıqlarının ölçülməsində süni intellektin insan faktorunu qabaqlaması risklər yaradır. UNESCO-nun ekspertləri də vurğulayırlar ki, hər bir rəqəmsal tətbiq mütləq şəkildə müəllim nəzarəti və insan təsiri altında olmalıdır. Süni intellektdən və rəqəmsal vasitələrdən düzgün olmayan qaydada istifadə nəticəsində yeni nəsil düşünmə qabiliyyətini itirə, milli mentalitetdən uzaqlaşa bilər”.
Onun sözlərinə görə, bu gün şagirdlər esse tipli tapşırıqlar üçün belə düşünməyə ehtiyac duymadan birbaşa süni intellektdən istifadə edirlər ki, bu da gənclər arasında kütləvi savadsızlığa və kütləviləşməyə gətirib çıxara bilər:
“Prosesin sürətinin qarşısını almaq çətin olsa da, inkişaf etmiş ölkələrdə tətbiq edilən xüsusi qadağalar və tənzimləmə mexanizmləri bizim ölkədə də nəzərə alınmalı, düzgün mütəxəssis istiqamətləndirilməsi həyata keçirilməlidir”.
Çimnaz Telmanqızı
20:42 / 09 Noyabr 2026
1
20:27 / 09 Noyabr 2026
33
20:25 / 09 Noyabr 2026
303
20:14 / 09 Noyabr 2026
128
20:12 / 09 Noyabr 2026
91
20:11 / 09 Noyabr 2026
104
20:10 / 09 Noyabr 2026
121
20:06 / 09 Noyabr 2026
78
19:53 / 09 Noyabr 2026
100
19:52 / 09 Noyabr 2026
155
19:44 / 09 Noyabr 2026
134
19:44 / 09 Noyabr 2026
125
19:27 / 09 Noyabr 2026
88
19:25 / 09 Noyabr 2026
194
19:19 / 09 Noyabr 2026
128
19:15 / 09 Noyabr 2026
169
19:12 / 09 Noyabr 2026
286
19:11 / 09 Noyabr 2026
161
19:01 / 09 Noyabr 2026
96
18:57 / 09 Noyabr 2026
227
18:46 / 09 Noyabr 2026
119
18:41 / 09 Noyabr 2026
198
18:38 / 09 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.