Sahil Babayev AÇIQLADI:2028-ci ildən tətbiq olunacaq
05 Noyabr 2026, 05:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
17.09.2026, 22:42
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinin onunla bağlı istintaqa cəlb edilməsi gündəmdədir.
Məlumata görə, qızı Kamilə Mehdiyeva, kürəkəni İlham Əliyev və gəlini Nigar Mehdiyeva istintaqda dindirilib, qarşıdakı məhkəmədə şahid qismində ifadə verəcəklər. Lakin həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyevin dindirilməsi və məhkəmədə şahid kimi ifadə verəcəkləri barədə məlumat yoxdur.
Bəs Timur Mehdiyev və Qalina Mehdiyeva niyə bu prosesdən kənarda saxlanılıb? Ümumiyyətlə, Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilə bilərmi?
Oxu24.com bildirir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkbər Həsənov deyib ki, bu məsələ ilə bağlı konkret məlumat yoxdur:
“Lakin bu, onların istintaqda olmadığı anlamına gəlmir. Ola bilər ki, istintaq çərçivəsində onlarla bağlı hər hansı araşdırma aparılır, sadəcə bu barədə məlumatımız yoxdur. Həmçinin ola bilər ki, onların Ramiz Mehdiyevin ittiham olunduğu cinayət əməlləri barədə məlumatları yoxdur və buna görə də şahid qismində dindirilmirlər.
Ailə üzvlərinin və yaxınlarının hamısının mütləq şahid olması və nəsə bilməsi vacib deyil. Əgər başqa hal yoxdursa, böyük ehtimalla səbəb budur”.
Hüquqşünas bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Fikrimcə, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar maliyyə-iqtisadi cinayətlərlə bağlı deyil. Bildiyim qədər, söhbət dövlət çevrilişi və digər bu xarakterli ittihamlardan gedir. Buna görə də belə əməllərdə ittiham olunan şəxsin ailə üzvlərinin gəlirlərinin araşdırılan cinayət işi ilə əlaqəsi olmaya bilər. Əgər həmin şəxs hər hansı iqtisadi cinayətlərdə də ittiham olunursa, bu halda ailə üzvlərinin maliyyə vəziyyətinin də araşdırılması mümkündür”.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.