9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
266
17.09.2026, 18:32
"Fövqəladə hallar könüllüləri" proqramı çərçivəsində növbəti könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə "Fövqəladə hallar könüllüləri" proqramından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında keçirilmiş "Zəfər Liqası" futbol turnirində qalib olmuş fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova təqdim olunub.
Sonra nazir K.Heydərov tədbirdə çıxış edib.
K.Heydərov ölkəmizdə könüllü təşkilatlarının inkişafı istiqamətində görülən səmərəli fəaliyyətin nəticəsi kimi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində "Fövqəladə hallar könüllüləri" proqramının formalaşdığını, proqram çərçivəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun müvafiq bilik və bacarıqlara yiyələnmiş çoxsaylı könüllülərin yetişdiyini qeyd edib.
Nazir çıxışının sonunda ictimai faydalı könüllülük hərəkatı çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş fövqəladə hallar könüllülərini təbrik edib, onların əhalinin və ərazlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev ölkəmizdə könüllülük fəaliyyətinin inkişaf mərhələlərindən, o cümlədən "Fövqəladə hallar könüllüləri" proqramının qısa müddətdə təşəkkül taparaq uğurla genişlənməsindən danışıb, konüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.