ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7630
17.09.2026, 14:26
2026-cı ilin başa çatmasına az vaxt qaldığı üçün qarşıdakı aylarda Azərbaycanda bir neçə qeyri-iş günü olacaq.
Oxu24.com xəbər verir ki, beşgünlük iş həftəsi ilə çalışanları ümumilikdə 4 istirahət günü gözləyir.
Əmək Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, noyabr və dekabr aylarında bir sıra əlamətdar günlər rəsmi qeyri-iş günü hesab olunur.
Belə ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir və bu tarixlərdə iş günü olmayacaq.
Bu il noyabr ayında əlavə istirahət günü də yaranır. Çünki 8 və 9 noyabr tarixləri həftəsonuna təsadüf edir. Bununla əlaqədar beşgünlük iş həftəsində çalışanlar üçün 10 noyabr da istirahət günü olacaq.
Nəticədə noyabr ayında vətəndaşlar 8, 9 və 10 noyabr tarixlərində ardıcıl üç gün istirahət edəcəklər. Daha sonra ilin sonuncu qeyri-iş günü olan 31 dekabr gəlir.
Qeyd edək ki, 2026-cı il üzrə beşgünlük iş həftəsində ümumilikdə 241 iş günü və 107 istirahət günü müəyyən edilib. 40 saatlıq iş həftəsi üzrə illik iş vaxtı norması isə 1922 saat təşkil edir.(Nocomment.az)
00:15 / 03 Noyabr 2026
1
00:15 / 03 Noyabr 2026
8
00:06 / 03 Noyabr 2026
39
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
37
23:37 / 02 Noyabr 2026
82
23:32 / 02 Noyabr 2026
75
23:28 / 02 Noyabr 2026
75
23:24 / 02 Noyabr 2026
73
23:19 / 02 Noyabr 2026
110
23:12 / 02 Noyabr 2026
82
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
236
22:48 / 02 Noyabr 2026
191
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.