Vəzifəli şəxs VƏFAT ETDİ
09 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
271
16.09.2026, 10:35
Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir.
Oxu24.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.
O bildirib ki, Qarabağda məscidlər çoxdur, amma Ağdam Cümə məscidi "şəhid məscidi"dir. Birinci Qarabağ müharibəsində bu məsciddə bir çox şəhidin dəfnində iştirak edib:
"Ağdam Cümə məscidinin divarlarında neçə ananın naləsi var. Bəzən şəhidlərin nəşini analarına, ailələrinə göstərə bilmirdik. Çox ağır zamanlar idi".
QMİ sədri söyləyib ki, Birinci Qarabağ Müharibəsində və erməni işğalı dövründə Ağdam Cümə məscidi və Qarabağdakı digər məscidlər təhqir ediləndə müsəlmanlar dəstək olmadılar:
"Bizə qardaş, dost deyən insanlar ana harayına gəlmədilər, səsimizi eşitmədilər. Buna çox təəssüf edirəm.
Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir. Biz ötən gün dövlət başçısı ilə görüşümüzdə Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfransın davamını Ağdam Cümə məscidində keçirəcəyimizi deyəndə ona da təsir etdi.
Hesab edirəm ki, Ali Baş Komandanın, Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir".
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.