Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
24 Oktyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
240
14.09.2026, 14:30
Müasir dövrdə demək olar ki, hər kəsin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən smartfonlar sağlamlığımız üçün ciddi təhlükələr yarada bilər. Xüsusilə axşam saatlarında və ya tam qaranlıqda telefondan istifadə etmək orqanizmdə bir çox neqativ prosesləri işə salır. İşıq saçan ekranlar sadəcə görmə qabiliyyətimizə deyil, həm də bütün bədənin hüceyrə səviyyəsində qocalmasına təsir göstərir. Mütəxəssislər bu vərdişin gətirdiyi fəsadlar barədə mütəmadi olaraq xəbərdarlıq edirlər. Bəs ekran işığının bədənimizə zərərləri nələrdir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən invaziv kardioloq Üzeyir Rəhimov qaranlıqda telefondan istifadənin sağlamlığa mənfi təsirlərindən danışıb.
Həkim bildirib ki, hazırda qaranlıqda videolara və ya telefona baxdıqda cavanlıq hormonu olan melatonin azalır və bu da insanı qocaldır. Telefonların yaydığı mavi işıq hüceyrələrdə oksidativ stres yaradaraq onların erkən qocalmasına səbəb olur. Eyni zamanda, melanogenez prosesini sürətləndirərək xüsusilə tünd dərili insanlarda ləkələrin artmasına gətirib çıxarır. Dəridəki kollagen və elastin liflərini parçaşayaraq dərinin qırışmasına yol açır.
Onun sözlərinə görə, melatoninin azalması bədənin mövcud vəziyyəti gündüz kimi qəbul etməsinə səbəb olur:
“Bədənin və hüceyrələrin, xüsusilə də beynin gecə saatlarında yenilənmə prosesi pozulur. Gün ərzində öyrənilən bilgilərin beyində yerləşdirilməsi gecikir, bu da həm bədənin, həm də beynin erkən qocalmasına gətirib çıxarır”.
Həkim qeyd edib ki, yuxusuzluq və xroniki stress bədəndə "kortizol" adlanan stress hormonunun artmasına səbəb olur. Kortizol damarları büzür, daraldır və hüceyrələrin qidalanmasını pozur. Bütün bu mənfi amillərin qarşısını almaq üçün yatmamışdan ən azı bir saat əvvəl telefonu söndürmək və qaranlıqda ekran işığından istifadə etməmək tövsiyə olunur.
Nigar
22:05 / 24 Oktyabr 2026
1
21:42 / 24 Oktyabr 2026
427
21:28 / 24 Oktyabr 2026
43
21:12 / 24 Oktyabr 2026
71
21:07 / 24 Oktyabr 2026
69
20:52 / 24 Oktyabr 2026
69
20:34 / 24 Oktyabr 2026
75
20:31 / 24 Oktyabr 2026
571
20:12 / 24 Oktyabr 2026
78
20:05 / 24 Oktyabr 2026
84
19:55 / 24 Oktyabr 2026
76
19:40 / 24 Oktyabr 2026
83
19:09 / 24 Oktyabr 2026
107
18:55 / 24 Oktyabr 2026
82
18:40 / 24 Oktyabr 2026
91
18:27 / 24 Oktyabr 2026
88
18:20 / 24 Oktyabr 2026
277
18:13 / 24 Oktyabr 2026
109
18:07 / 24 Oktyabr 2026
83
18:02 / 24 Oktyabr 2026
627
17:59 / 24 Oktyabr 2026
89
17:59 / 24 Oktyabr 2026
568
17:38 / 24 Oktyabr 2026
2241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.