Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
14.09.2026, 13:25
TDT din rəhbərlərinin Bakı görüşü: İslam dünyasında əməkdaşlığın gücləndirilməsi gündəmdə — AÇIQLAMA
Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü öz işinə başlayıb. Tədbir çərçivəsində müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, eləcə də elm və texnologiyaya İslamın yanaşması kimi aktual məsələlər müzakirə olunur. Baş tutan bu görüşdə elmi-texniki inkişaf və dini dəyərlərin uzlaşdırılması diqqət mərkəzindədir. Müasir dövrdə süni intellektin və texnologiyanın sürətli inkişafı fonunda İslamın bu sahəyə baxışı geniş şəkildə dəyərləndirilir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli səsləndirdiyi fikirlərdə elm və texnologiyanın islam mədəniyyətindəki yerinə toxunub.
Ağa Hacıbəyli bildirib ki, Bakıda Türk Dövlətləri Təşkilatının keçirdiyi bu görüşdə çox mühüm detallara toxunulacaq, xüsusilə müasir dövrdə elm və texnologiyanın inkişaf məsələsi əsas predmet olaraq qarşıya hədəf qoyulur:
“Qeyd edim ki, insan təbiət və kainat münasibətlərində insanın təfəkkür və inkişafı prosesində elmin, texnologiyanın böyük rol var. Tarixin ən qədim illərindən günümüzə qədər daim, yəni İslamın bu sahədə təşviq etdiyi, təbliğ etdiyi, dəvət etdiyi kainat araşdırmaları, istər bir atom olsun, istər bir zərrə olsun, istər bir hüceyrə olsun, istər genetik şifrələrimiz olsun, ümumiyyətlə, Allahın sənət əsərlərini araşdırmaq, onun dərinliklərinə daxil olmaq sadəcə olaraq sıradan bir bilgi əldə eləmək deyil. İslamda bu, insanı heyrətə salan Allahın kiçik varlıqlardan böyük əsər ortaya qoyduğunu bilib və Rəbbi olan imanın artması məsələsidir”.
Onun sözlərinə görə, hələ keçmiş dövrlərdə, istər Əl-Xərizminin dövründən, istərsə də İbn Sinanın dövründən və sair böyük mütəfəkkirlərimizin dövründə elmin əslində yüksəlməsi üçün çox ciddi addımlar atıldı:
“Bu gün İslam dünyası, xüsusilə müsəlmanlar bu müsbət elmdən çox kənara düşdülər, bəlkə də elmi mühitin yoxluğu onları, o böyük alimlərimizi kənarda saxladı. Amma artıq bugün dünyada tənəzzül və tərəqqi yarış içərisindədir. Yəni süni intellektin, bugünkü müasir texnologiyanın bir alət kimi, bir vasitə kimi olduğunu da bildiyimiz anda əlbəttə ki, buradan büyük bir sürət götürüb dünyanın çaldığı, yaxaladığı o yüksək məqamlara İslam dünyası, müsəlmanlar da çata bilər”.
İlahiyyatçı qeyd edib ki, bu baxımdan İslamda elmlə məşğul olmaq bir ibadət sayılır, Allaha yaxınlaşma sayılır. Cəmiyyətin rifah halını yaxşılaşdıracaq bütün texniki imkanlara İslam həddir və təbiəti pozmayan ağacları, təbiətin əslində varlığını İslam bir əmanət olaraq bizə göstərir. Həm bədənimiz bir əmanət, həm nəsillərimiz bizə əmanət, həm də ki yaşadığımız dünyamız bizə əmanət olub:
“Allah-Taala deyir ki, biz insanı yer üzündə xəlifə yaratmaq istəyirik və insanın bu dünyada o dünya evində bir xəlifəlik missiyası var. O xəlifəlik missiyası dünyanı dağıtmaq, çatlatmaq, partlatmaq deyil, dünyanı inşa etmək, ehya etmək, dünyaya can vermək, nəfəs vermək, bizdən sonra gələn nəsillərə gözəl yollar açmaq. Əlbəttə ki, bütün bu dəyərlər İslam mədəniyyətinin bizə təlqin etdiyi və Quran-i Kərimin bizə aşıladığı gözəlliklərdir”.
Çimnaz Telmanqızı
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.