İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
427
14.09.2026, 11:07
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddədir.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:
- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;
- istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.
Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli fəyişikliklər təklif olunur.
Qeyd edilib ki, təqdim edilən qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.
Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.
Qeyd edilib ki, iqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.