Böyük sərvət qazanan 4 bürc
24 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
13.09.2026, 20:36
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Oxu24.com xəbər verir ki, bu barədə diktor Musavat.com-a açıqlamasında bildirib.
O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəlib və başı gicəllənərək yıxılıb. pizza sifarişi
Xalq artisti hazırda vəziyyətinin ağır olduğunu, hərəkət etməkdə çətinlik çəkdiyini deyib:
"Halım çox pisdir, uzanıram, tərpənə bilmirəm. Lap pisləşmişəm. Yıxıldığım üçün qolum əzilib, göyərib, tərpənə bilmirəm, ağrıyır. Yaxşı ki, küçədə yıxılmadım, başım asfalta dəyərdi. Necə oldu, heç özüm də bilmədim".
Xalq artisti qolunda sınıq olmadığını bildirib. Lakin aldığı zərbələrdən sonra ağrılarının davam etdiyini deyib.
O, hazırda həkimə müraciət etmədiyini, evdə uzanaraq dincəldiyini söyləyib:
"Yox, həkimə getməmişəm. Uzanmışam, dincəlirəm. Ağrılarım var. Rahat hərəkət edə bilmirəm".
Diktor səhhətində müəyyən irəliləyiş olduğunu desə də, zaman-zaman vəziyyətinin qəfil pisləşdiyini bildirib. O, başgicəllənmə səbəbindən bir neçə dəfə küçədə də yıxıldığını deyib: "Təzyiq qalxır, qəfildən yerə çırpılıram".
Xalq artistinin sözlərinə görə, evində ona kömək edən şəxslər var: "Yeməyimi hazırlayıb, qarşıma qoyurlar. Özüm heç bir iş görə bilmirəm".
Ofeliya Sənani halsızlaşdığı və yeriyə bilmədiyi üçün müayinələrə də gedə bilmədiyini bildirib.
22:52 / 24 Oktyabr 2026
9
22:34 / 24 Oktyabr 2026
56
22:14 / 24 Oktyabr 2026
57
22:05 / 24 Oktyabr 2026
160
21:42 / 24 Oktyabr 2026
916
21:28 / 24 Oktyabr 2026
72
21:12 / 24 Oktyabr 2026
84
21:07 / 24 Oktyabr 2026
77
20:52 / 24 Oktyabr 2026
77
20:34 / 24 Oktyabr 2026
83
20:31 / 24 Oktyabr 2026
705
20:12 / 24 Oktyabr 2026
85
20:05 / 24 Oktyabr 2026
94
19:55 / 24 Oktyabr 2026
85
19:40 / 24 Oktyabr 2026
90
19:09 / 24 Oktyabr 2026
114
18:55 / 24 Oktyabr 2026
86
18:40 / 24 Oktyabr 2026
98
18:27 / 24 Oktyabr 2026
96
18:20 / 24 Oktyabr 2026
318
18:13 / 24 Oktyabr 2026
325
18:07 / 24 Oktyabr 2026
88
18:02 / 24 Oktyabr 2026
692
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.