Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1416
10.09.2026, 21:54
İlahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olduğu ilə bağlı məlumat paylaşıb. O bu barədə, Türkiyənin “Asırlık Gece” sənədli filminin 6-cı hissəsinə istinadla yazıb. O qeyd edib ki, filmin 6-cı hissəsində Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri olan professor Mehmet Görmezin çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışılıb.
Oxu24.com xəbər verir ki,modern.az məsələ ilə bağlı Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında o, Elşad Miriyə təşəkkür edib:
“Mən bilmirəm Elşad Miri bunu nə məqsədlə paylaşıb, amma mən ona çox təşəkkür edirəm ki, belə bir məsələni xalqımıza çatdırır. O bununla, doğrudan da, Azərbaycan və Azərbaycan xalqının Türkiyə xalqının çətin günlərində də arxasında durduğumuzu bir daha xatırladıb. Şeyxülislam həzrətlərinin belə hərəkəti çox qənaətbəxşdir. Elşad Miri də bunu xalqın yadına salıb. Bizim qardaşlıq borcumuzdur ki, hər iki ölkə bir-birinin ərazisində olan problemlərdə bir-birinə dayaq olsun. Həmin dövrdə də qardaş ölkənin bir nümayəndəsi kimi şeyxülislam zəng edib, öz köməyini təklif edib".
"Azərbaycandan bir başqa ölkə ilə danışanda "bizim" deyəndə Azərbaycan xalqının əmlakından, Azərbaycan xalqının adından danışılır. Azərbaycanda olan təyyarələr, bəli, bizimdir. 50-yə yaxın təyyarəmiz mövcuddur. Ölkə olaraq, çox güclüyük. O danışanda “mən xahiş edərəm”, yaxud “mən təşkil edərəm” deyə bilər. Bunu dəstək kimi deyib”.
C.Paşazadə şeyxülislamın özəl təyyarəsi olduğunu iddiaları qəbul etməyib:
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər, bu, motosiklet deyil. Əgər varsa, dövlətdən öyrənin. Doğrudan da, Azərbaycan-Türkiyə qardaşlığı burada göstərilir. Hər birimiz imkanımız daxilində dəstəyə hazırıq. Söhbət bundan gedir. Başqa ölkədə tədbir olduqda dövlət şeyxülislam üçün təyyarə ayırır və öz kollektivi ilə lazımi şəkildə tədbirlərdə iştirak edir. Bu, dövlətin ona şəxsi yox, gördüyü işlər üçün yaratdığı şəraitdir. Bunu bütün Azərbaycan bilir” - o sonda vurğulayıb.
14:44 / 14 Noyabr 2026
1
14:31 / 14 Noyabr 2026
46
14:24 / 14 Noyabr 2026
81
14:19 / 14 Noyabr 2026
70
14:15 / 14 Noyabr 2026
68
14:09 / 14 Noyabr 2026
156
13:50 / 14 Noyabr 2026
1175
13:48 / 14 Noyabr 2026
101
13:16 / 14 Noyabr 2026
97
13:03 / 14 Noyabr 2026
95
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
110
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.