Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
10.09.2026, 21:06
Son zamanlarda ölkəmizdə təqdim olunan yeni dizaymlı 100 manatlıq pul nişanlarının tədavülə buraxılması ticarət sektorunda müəyyən müzakirələrə səbəb olub. Belə ki, yeni əskinasların bəzi mağazalar və xidmət obyektləri tərəfindən dərhal tanınmaması vətəndaşlar tərəfindən narahatlıqla qarşılanır. Bəzi satıcılar həmin pulların saxta ola biləcəyindən ehtiyat edərək onları qəbul etməkdə tərəddüd edirlər. Bu cür hallar isə təbii olaraq gündəlik nağd ödənişlərdə müəyyən süni əngəllər və anlaşılmazlıqlar yaradır. Vətəndaşların haqlı narazılığına səbəb olan bu problemin əsas kökləri dərindən araşdırılmalıdır. Bəs yeni əskinasların bəzi satıcılar tərəfindən tanınmaması nədən qaynaqlanır və bu hal ümumi nağd ödənişlərə necə təsir göstərə bilər? Məsələ ilə bağlı suallarımızı cavablandıran tanınmış iqtisadçı Xalid Kərimli mövzuya aydınlıq gətirib.
İqtisadçı Xalid Kərimli Oxu24.com-a bildirib ki, əgər hər hansı bir satıcı yeni vəsaiti tanımırsa və ya onun etibarlılığına şübhə ilə yanaşırsa, pulların saxtalığını müəyyənləşdirə biləcək xüsusi detektor aparatları mövcuddur:
“Yeni əskinaslar dövriyyəyə buraxıldıqda həmin detektorların və pul sayan, yoxlayan aparatların proqram təminatı da yenilənməli və müvafiq xidmət təşkil olunmalıdır. Nağd pul əməliyyatları həyata keçirən satıcının birbaşa borcudur ki, ödənişi alıcının tələb etdiyi formada (istər nağd, istərsə də pos-terminal və ya kartla) həyata keçirsin”.
Onun sözlərinə görə, kartdan-karta əməliyyatlar alqı-satqı prosesində düzgün yerinə yetirilməli, ya nağd verilib qəbz alınmalı, ya da pos-terminaldan ödəniş edilərək qəbzi təmin edilməlidir.
Xalid Kərimli qeyd edib ki, satıcının əsas borcu odur ki, alıcının seçdiyi ödəniş üsulunu təmin etsin və alıcının bu prosesdə tələb etdiyi formanı qəbul etməyə borcludur.
İqtisadçı qanuni tərəfdən vurğulayıb ki, satıcı alıcının ödəniş zamanı seçdiyi alış üsulunu qəbul etməyə borcludur və burada hər hansı bir şübhə yarandıqda onun aradan qaldırılması üçün texniki vasitələr mövcuddur:
“Əgər şəxs bu ticarət işinə baş qoşubsa və alqı-satqı etmək istəyirsə, həmin detektorları, pul yoxlayan vəsaitləri alıb özünün riskini sığortalaya bilər. Bütün bunlara baxmayaraq, satıcının vəsaitin qəbulundan imtina etmək kimi hüququ yoxdur”.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.