Ağır qəza:Ölənlər var
14 Noyabr 2026, 09:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
10.09.2026, 14:19
Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub.
Oxu24.com "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yeni vəzifəsində Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.
S.Məmmədova yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edərək bu təyinatdan məmnunluğunu ifadə edib, yeni fəaliyyət mərhələsində ona dəstək olan hər kəsə təşəkkür edib.
O, bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafı olub. Proqram Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni akademik imkanların yaradılması baxımından əhəmiyyətli layihələrdən biridir.
Sevinc Məmmədovanın bu əməkdaşlığın inkişafında iştirakı Azərbaycan ali təhsilinin beynəlxalq tərəfdaşlıqlarının gücləndirilməsi və Azərbaycan universitetlərinin qlobal akademik şəbəkələrə inteqrasiyası baxımından da diqqət çəkir.Oxu.Az
09:23 / 14 Noyabr 2026
23
08:09 / 14 Noyabr 2026
936
01:15 / 14 Noyabr 2026
148
00:40 / 14 Noyabr 2026
299
00:02 / 14 Noyabr 2026
1088
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
156
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
409
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1169
21:43 / 13 Noyabr 2026
1241
21:36 / 13 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.