Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
295
10.09.2026, 12:41
Belə bir statistika var: bir ingilis gənci universitet qapısını 92 000 söz ehtiyatı ilə döyür. Bir fransız gəncində bu ehtiyat 88 000, bir türk gəncində 11 000-dir.
Görəsən Azərbaycan gənci universitetə neçə min, yaxud neçə yüz sözlə yollanır?
Əgər Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamırsa, bu, o deməkdir ki, hər üç nəfərdən ikisinin söz ehtiyatı, ümumiyyətlə, yoxdur. Səbəb?
Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir. Əvvəlki nəsillərin tərbiyəsində də kitab rol oynamayıb, smartfonların yerini isə valideynlərin məişət söz-söhbətləri tutub.
Azərbaycanda çox az vətəndaş uşaqlıqdan kitab oxuma vərdişinə yiyələnir. Bu vərdiş olmadığı üçün milyonlarla vətəndaşımız yaşadığı həyatı 200-300 sözlə anlayıb bu dünyanı ibtidai insandan azacıq üstün fərqlə tərk edir.
Müəllimlərin son qurultayında müzakirə otaqlarının birində bədii, elmi-kütləvi, fəlsəfi ədəbiyyat oxumağın vacibliyindən danışdığım yerdə bir müəllim sual verdi: biz nə edək ki, sizin dediyiniz kitabları bizim şagirdlər də oxusun?
Cavab sadə idi: Əvvəlcə özünüz oxuyun və sinifdə oxuduğunuz kitablardan sitatlar gətirin. Uşağın şəxsinə yox, beyninə xitab edin!
Başqa ölkələri deyə bilmərəm, amma bizim ölkədə təhsil mühiti ilə ailə mühiti dost yox, düşmən olmalıdır. Bu düşmənçilik olmayanda ortaya belə bir mənzərə çıxır:
Bir dəfə AZtv-də jurnalist doxsan yaşlı ağsaqqala sual verdi: - Ağsaqqal, uzun ömür yaşamısınız, yəqin çoxlu xatirələriniz var, onlardan birini tamaşaçılarımız üçün danışmaq istəyərdinizmi?
Ağsaqqal bir az düşünüb dedi: - Bizim kənddə məktəb yox idi, qonşu kəndin məktəbinə gedirdik. O kənddə bir aşıq Gülamalı vardı. 2-ci sinifdə oxuyanda həmin kənddən olan sinif yoldaşımla aşıq Gülamalının saz çalmağını öz gözlərimlə görmüşdüm. İllər keçdi, günlərin birində həmin sinif yoldaşımla qarşılaşdım, oradan-buradan danışanda qəfildən soruşdum:
- Sizin kənddə bir aşıq vardı, Gülamalı kişi, o durormu?
Buyur, doxsan illik həyatın ən yaddaqalan xatirəsi! Kitabdan kənarda yaşanan ömrün bundan artıq nə xatirəsi olacaq ki, onu danışmaq və anlamaq üçün söz ehtiyatına ehtiyac olsun?
23:49 / 13 Noyabr 2026
1
23:40 / 13 Noyabr 2026
41
23:28 / 13 Noyabr 2026
51
23:22 / 13 Noyabr 2026
64
23:17 / 13 Noyabr 2026
66
23:09 / 13 Noyabr 2026
74
23:05 / 13 Noyabr 2026
68
23:02 / 13 Noyabr 2026
72
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
83
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
92
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
494
21:43 / 13 Noyabr 2026
865
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
127
21:24 / 13 Noyabr 2026
200
21:03 / 13 Noyabr 2026
108
20:58 / 13 Noyabr 2026
121
20:50 / 13 Noyabr 2026
1174
20:41 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.