Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
307
08.09.2026, 10:36
İqlim dəyişikliklərinin torpaq və su ehtiyatlarına təzyiqi artırdığı bir şəraitdə kənd təsərrüfatı sektorunun daha sürətli, ağıllı və dayanıqlı transformasiyası zərurətə çevrilib.
Oxu24.com xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın aqrar sektora baxışı məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı və innovasiyalara əsaslanan inkişaf modelinə dayanır: "Bu strateji hədəflər dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz geniş əksini tapıb".
O vurğulanıb ki, ölkədə məhsuldarlıq və dayanıqlılıq bir-birini tamamlayan əsas istiqamətlərdir: "Dövlət Proqramına əsasən, 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir. Eyni zamanda, iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur. Sektorun rəqəmsallaşdırılması çərçivəsində süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, dronlar və sensorlardan geniş istifadəyə başlanılıb. Nazirliyin aqrar aləmdə Süni İntellekt Təşəbbüsü çərçivəsində müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyası həyata keçirilir. Bu məqsədlə hazırda ölkə üzrə 180-dən çox meteoroloji və iqlim stansiyasının qurulması prosesi davam edir. Texnologiyanın real dəyəri onun fermer üçün sahədə praktik faydaya çevrilməsi, su ehtiyatlarından səmərəli istifadəyə və risklərin vaxtında idarə olunmasına imkan yaratmasıdır".
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.