İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
223
07.09.2026, 15:50
Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan "Bir"in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə “MoveUP” icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir.
Bir, “Azerconnect”, “Azercell”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), “Unibank” və Türkiyənin “Innovance” kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir.
“MoveUP” icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.
Təsisçilərin birgə bəyanatında bildirilir: “Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. “MoveUP” fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir”.
İlk “MoveUP” tədbiri icmanın fəaliyyətinə start verdi
Açılış tədbirində təsisçi üzvlər, o cümlədən Bir-in rəhbər heyətinin üzvləri, “MoveUP”ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb.
Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, “MoveUP”ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub.
“MoveUP” icmasına qoşulmaq üçün: moveup.az
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
23:16 / 24 Oktyabr 2026
64
22:52 / 24 Oktyabr 2026
59
22:34 / 24 Oktyabr 2026
72
22:14 / 24 Oktyabr 2026
69
22:05 / 24 Oktyabr 2026
228
21:42 / 24 Oktyabr 2026
1162
21:28 / 24 Oktyabr 2026
79
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
80
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
768
20:12 / 24 Oktyabr 2026
88
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
119
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
100
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
351
18:13 / 24 Oktyabr 2026
452
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.