EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
358
04.09.2026, 17:51
Yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Bəlkə, keçmiş zamanlarda heç kimin fərqində olmadığı insanıydım? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim.
Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…
“Mən gizli bir xəzinə idim, bilinmək istədim və bunun üçün məxluqatı yaratdım” –deyən Tanrı belə bilinmək üçün məxluqata ehtiyac duyub. Bəs biz insanların “mənəm-mənəm”liyi kimlərin itirib axtarıb tapa bilmədiyi “mən”idir?
Yaşam maraqlı olduğu üçün doğuluruq, ölümdən qorxduğumuz üçün yaşayırıq, yaşamsızlıqdan bezdiyimiz üçün də ölürük. Yaşayarkən ölümdən qorxma haqqımız var, bəs doğulmadan yaşamdan qorxma haqqımızı kim alıb əlimizdən? -deyə mənasız üsyan edib tez də susuram.
Kamyu absurdizmi izah etmək üçün yunan mifologiyasındakı Sizifin hekayəsindən istifadə edir. Sizif nəhəng bir qayanı əbədi olaraq dağa daşımaqla lənətlənmiş bir obrazdır. Bununla belə, Kamyu Sizifin absurd vəziyyəti anladıqdan sonra da qayanı daşımağa davam etdiyini və bu mübarizədə məna tapa biləcəyini düşünür. Kamyu Sizifi “xoşbəxt insan” kimi təsvir edir. Çünki mənasızlıq qarşısında məğlub olmadı, əksinə, ona meydan oxuyaraq yaşamağa davam etdi. Bu baxımdan faciə və mənasızlıq bir növ əyləncəyə çevrilə bilər. Çətinliklərdən zövq alarkən hərdən özümü Sizif kimi hiss edirəm. Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam, - deyib öz düşüncələrimə gülürəm…
Müəllif:İlahə Səfərzadə
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.