Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
25 Noyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
14.06.2024, 09:30
Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində nəzarət altında saxlanmalıdır.
OXU24.COM xəbər verir ki, bunu Dos. Dr. Rıza Çıtıl bildirib.
"Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi olan şəxslərlə birbaşa təmas qurulmamalıdır. Onlarla təmasda olan şəxslərdə 14 gün ərzində əlamət və simptomların üzə çıxıb-çıxmadığı təqib edilməlidir", - deyə həkim qeyd edib.
Bu yoluxucu xəstəliyin yüksək ölümcül olduğunu xatırladan həkim bunları söyləyib:
"KKKA ilk dəfə 1944-cü ildə Rusiyanın Krım bölgəsində sovet əsgərləri arasında müşahidə edilib. Hazırda bütün dünyada yayılmış bir xəstəlikdir. Türkiyə də daxil olmaqla, Afrika, Asiya, Yaxın Şərq və Cənub-Şərqi Avropanın 50-dən çox ölkəsində endemik olduğu bilinir. Yoluxmalar daha çox yaz və yay aylarında, yəni xəstəliyin ötürülməsində əsas rol oynayan gənələrin aktivləşməyə başladığı vaxtlarda müşahidə olunur".
Həkim bildirib ki, ətraf mühit və iqlim dəyişiklikləri, qlobal istiləşmə, çöl quşlarının və heyvanların nəzarətsiz hərəkətləri kimi bir çox faktor KKKA xəstəliyinin yayılmasına təsir edir:
"Xəstəlik yoluxanların təxminən 5 faizində ölümlə nəticələnir. Bəzi hallarda ölüm nisbəti 30 faizə çata bilər".
O, gənənin dişlədiyi xəstələrdə üzə çıxan simptomlardan da danışıb:
"Gənənin dişlədiyi insanlar 10 gün ərzində zəiflik, iştahsızlıq, qızdırma, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, qusma və ya ishal kimi simptomlarla qarşılaşa bilərlər. Bu əlamətlərdən biri və ya bir neçəsi baş verərsə, dərhal həkimə müraciət etməlidirlər. Bu şəxslərlə əlaqə quranların da vəziyyəti 14 gün ərzində izlənilməlidir".
11:58 / 25 Noyabr 2026
1
11:52 / 25 Noyabr 2026
32
11:50 / 25 Noyabr 2026
48
11:48 / 25 Noyabr 2026
44
11:45 / 25 Noyabr 2026
46
11:40 / 25 Noyabr 2026
52
11:38 / 25 Noyabr 2026
52
11:29 / 25 Noyabr 2026
62
11:25 / 25 Noyabr 2026
77
11:15 / 25 Noyabr 2026
92
11:11 / 25 Noyabr 2026
79
11:10 / 25 Noyabr 2026
84
10:55 / 25 Noyabr 2026
402
10:55 / 25 Noyabr 2026
77
10:52 / 25 Noyabr 2026
91
10:50 / 25 Noyabr 2026
76
10:46 / 25 Noyabr 2026
315
10:35 / 25 Noyabr 2026
92
10:25 / 25 Noyabr 2026
111
10:24 / 25 Noyabr 2026
107
10:15 / 25 Noyabr 2026
110
10:05 / 25 Noyabr 2026
114
09:55 / 25 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.