Qaynar xətt:

(+99450) 247 90 86

Yaponiya və Ukrayna təhlükəsizlik sazişi imzaladı

Yaponiya və Ukrayna təhlükəsizlik sazişi imzaladı

CƏMİYYƏT

485

14.06.2024, 00:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna prezidenti Vladimir Zelenski “Yeddilik” (G7) sammiti çərçivəsində təhlükəsizlik sazişi imzalayıblar.

OXU24.COM  xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində məlumat verib.

“2024-cü ildə Yaponiya Ukraynaya 4,5 milyard dollar verəcək və müqavilənin bütün 10 illik müddəti ərzində bizi dəstəkləməyə davam edəcək”, - deyə Zelenski yazıb.

O bildirib ki, saziş ölkələr arasında texniki və maliyyə əməkdaşlığını, habelə Yaponiyadan müdafiə sənayesində humanitar yardım və dəstək almağı nəzərdə tutur. Sənəddə anti-Rusiya sanksiyalarının tətbiqi də nəzərdə tutulur.