Bakıda 23 məktəbə yeni direktor təyin edilib
25 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
12.06.2024, 18:58
Ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib.
Oxu24.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin təkrar sertifikasiya imtahanında zəif nəticə göstərməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Sertifikasiya imtahanında aşağı nəticə göstərən müəllimlərin böyük əksəriyyəti 15 ildən daha çox pedaqoji staja sahib olan pedaqoqlar olduğu ilə bağlı məlumatlar yayılıb.
Sosial şəbəkədəki müzakirələrdə sertifikasiyadan keçməyən minlərlə müəllimə diplomun sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun nazir olduğu zaman verildiyi qeyd olunur və əksəriyyət də onu günahlandırır.
Məsələ ilə bağlı sabiq nazir Misir Mərdanov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, diplomu məzunlara nazir yox, ali məktəblər verir:
“Deyək ki, diplom mənim nazir olduğum vaxtda verilib, bəs o müəllimlər son 11 il ərzində bu biliklə necə işləyiblər? Nəhayət, belə bir fikir söyləmədən əvvəl onu dəqiq əsaslandırmaq lazımdır. Hesab edirəm ki, bu tip fikirlər nazirliyin deyil, ayrı-ayrı şəxslərin fikirləridir”.
12:58 / 25 Noyabr 2026
9
12:57 / 25 Noyabr 2026
27
12:55 / 25 Noyabr 2026
32
12:52 / 25 Noyabr 2026
39
12:45 / 25 Noyabr 2026
47
12:37 / 25 Noyabr 2026
57
12:27 / 25 Noyabr 2026
75
12:21 / 25 Noyabr 2026
108
12:18 / 25 Noyabr 2026
76
12:14 / 25 Noyabr 2026
93
12:05 / 25 Noyabr 2026
86
11:58 / 25 Noyabr 2026
87
11:52 / 25 Noyabr 2026
320
11:50 / 25 Noyabr 2026
103
11:48 / 25 Noyabr 2026
96
11:45 / 25 Noyabr 2026
86
11:40 / 25 Noyabr 2026
104
11:38 / 25 Noyabr 2026
110
11:29 / 25 Noyabr 2026
94
11:25 / 25 Noyabr 2026
102
11:15 / 25 Noyabr 2026
118
11:11 / 25 Noyabr 2026
103
11:10 / 25 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.