Bakıda iki azyaşlı bacı vəfat etdi
25 Noyabr 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
257
12.06.2024, 16:20
Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur".
Oxu24.com xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
"Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 ildən də az bundan əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil.
Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.
Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil.
Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?
Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var", - deyə o qeyd edib.
13:11 / 25 Noyabr 2026
1
13:10 / 25 Noyabr 2026
12
12:58 / 25 Noyabr 2026
44
12:57 / 25 Noyabr 2026
47
12:55 / 25 Noyabr 2026
50
12:52 / 25 Noyabr 2026
53
12:45 / 25 Noyabr 2026
60
12:37 / 25 Noyabr 2026
72
12:27 / 25 Noyabr 2026
82
12:21 / 25 Noyabr 2026
113
12:18 / 25 Noyabr 2026
80
12:14 / 25 Noyabr 2026
97
12:05 / 25 Noyabr 2026
92
11:58 / 25 Noyabr 2026
89
11:52 / 25 Noyabr 2026
341
11:50 / 25 Noyabr 2026
107
11:48 / 25 Noyabr 2026
100
11:45 / 25 Noyabr 2026
88
11:40 / 25 Noyabr 2026
106
11:38 / 25 Noyabr 2026
111
11:29 / 25 Noyabr 2026
96
11:25 / 25 Noyabr 2026
104
11:15 / 25 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.