Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1387
az

Güləşçilərimiz erməniləri darmadağın etdilər

16:0204 May, 2018
1455
  • A
 Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən Avropa çempionatında kişilərin sərbəst güləş yarışlarına start verilib.

Oxu24.com -un  xəbərinə görə, 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində mübarizə aparan idmançılarımız məğlubiyyətsiz yollarına davam edir.

Belə ki, Georgi Edişeraşvili, Hacı Əliyev, Murtuz Müslümov, Cəbrayıl Həsənov və Nurməhəmməd Hacıyev yarımfinala vəsiqə qazanıb. Maraqlıdır ki, bunlardan üç güləşçimiz 1/4 finalda Ermənistan idmançısı ilə qarşılaşıb.

57 kq çəki dərəcəsində mübarizə aparan gürcü legionerimiz Georgi Edişeraşvili 1/8 finalda olduğu kimi, 1/4 finalda erməni rəqibi Miqran Caburyanı 10:0 hesabı ilə məğlub edib.

Olimpiya mükafatçımız Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə olduğu kimi, erməni rəqibi Varujan Kacoyanı da beş xal fərqlə yenib – 6:1.

97 kq çəki dərəcəsində yarışan ləzgi legionerimiz Nurməhəmməd Hacıyev isə ilk görüşünü 1/4 finalda keçirib. O, Ermənistanı təmsil edən osetin idmançı Georgi Ketoyevə 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, indiyədək Avropa çempionatında cəmi bir idmançımız Ermənistan təmsilçisi ilə qarşılaşmışdı. 67 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Elman Muxtarov təsəlliverici görüşdə sonradan bürünc medal qazanmış Karen Aslanyana uduzub – 3:5. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur