Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19727
az

Azərbaycan Ordusu böyük miqyasda hərəkətə keçdi

09:3612 Noyabr, 2019
1632
  • A
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.

Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu  böyük  miqyasda hərəkətə keçdi
Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Belarus Azərbaycana elə silah satdı ki, Ermənistanı yox etmək olar - DETALLAR

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı