Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17949
az

Zakir Həsənov MİQ-29 qəzasından danışdı: \"Rəşad son anda...\"

09:3916 Sentyabr, 2019
1419
  • A
 
Müdafiə Naziri Zakir Həsənov Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

Oxu24.com  xəbər verir ki, nazir iyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevlə bağlı məsələyə də toxunub.

O, qəzanın təfərrüatları barədə danışıb:

“Bütün tədbirlər qanun çərçivəsində icra olunmuşdu. Pilotumuz Rəşad Atakişiyev yüksək səviyyəli və hazırlıqlı idi. Gecə təlimləri keçirilirdi. Orada da, yüksək peşəkarlıq nümayiş etdirmişdi.

{banner_reklam}


Komissiya yaradıldı. Orada yüksək səviyyəli yerli və xarici mütəxəssislər cəlb edilmişdi. Onların iştirakı ilə “qara qutu” araşdırıldı.

Qara qutu”da təyyarənin avadanlıqlarının işləməsi düzgün yazılır. Bu təyyarə tam işlək idi və son məqama kimi bütün mühərrik və avadanlıqlar işləyirdi. Əgər toqquşma olsaydı, onun mühərriki və digər avadanlığına təsir göstərərdi.

Bundan başqa, Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların nəticələri üst-üstə düşdü. Pilotun son məqamda zəif də olsa təyyarəni idarə etməyə çalışması onun göstəricisi idi ki, göydə təyyarə zərbə alıb.

Xarici mütəxəssislər də, gecə göydə quşların uçub-uçmaması ilə bağlı sualımızı təsdiq etdilər. Həkimlər də, öz rəyini bildirdilər ki, insan hansı vəziyyətdə belə hərəkət edə bilər.

Bu böyük sənəddir və burada bütün məsələlərə cavab verilir. Bəzən deyirlər ki, “qara qutu”da pilotun səsini dinləmək lazımdır.

Bu yoldaş bilmir ki, “qara qutu”da pilotun səsi yazılmır. Tam olaraq bizim komissiyanın üzvlərinə inanıram”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov MİQ-29 qəzasından danışdı:
“Mxitaryan bir köpüklük futbolçu deyil” - Zakir Həsənovdan maraqlı AÇIQLAMA
Aprel döyüşlərində kəşfiyyatçılarımız Ermənistan daxilində əməliyyatlar həyata keçirib? - ŞOK DETALLAR

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO