Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15589
az

Kəşfiyyatın kitabını yazan komandir - Ermənilərin 3 dəfə öldürə bilmədiyi Raquf Orucovun sirli həyatı

15:3712 İyul, 2019
2087
  • A
 
Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

Oxu24.com   xəbər verir ki, R.Orucov yaşasaydı, 47 yaşını qeyd edəcəkdi.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.

Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucov olub.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Raquf Orucovun keçdiyi hərb yolu ilə bağlı maraqlı videonu təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu  böyük  miqyasda hərəkətə keçdi
Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Belarus Azərbaycana elə silah satdı ki, Ermənistanı yox etmək olar - DETALLAR

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur