Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8807
az

Türkiyədə 40 ildir mağarada yaşayan kişidən Ərdoğanla bağlı gülməli cavab (FOTO+VİDEO)

11:1411 Yanvar, 2019
917
  • A
 Türkiyənin Balıkesir bölgəsində 40 ildir mağarada yaşayan və Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyini yeni öyrənən İsgəndər Gündüz ilk dəfə doğum gününü qeyd edib.

Oxu24.com  xəbər verir ki, həyatının bir hissəsini Brüssel şəhərində yaşayan İsgəndər 40 il öncə ailəvi səbəblərdən dolayı çıxdığı dağdan bir daha enməyib.

Kənd sakinləri isə onu sevindirmək üçün doğum günündə dağa çıxıb və İsgəndər üçün tort aparıblar. O, bu sürprizdən xoşbəxt olduğunu deyib və kəndlilərlə söhbət edib. Elə bu zaman ölkədə idarəetmə sisteminin dəyişildiyini, Ərdoğanı isə hələ də baş nazir kimi tanıdığını bildirib. Hazırda baş nazirin kim olduğunu öyrənmək istəyən İsgəndər daha bir şoku yaşayıb. Kəndlilərlə birgə gedən jurnalistlər ona hökumət sisteminin tamamilə dəyişdirildiyini və hazırda baş nazir vəzifəsinin olmadığını deyib.

“Mağara adamı” daha sonra doğum günü ilə bağlı bu sözləri deyib: “70 il oldu dünyaya gəldiyim. 1945-ci ildə anadan olmuşam. Şəhər üsulu doğum gününü haradan bilim mən? Mən dəli adamam. 70 il əvvəl anadan olmuşam, həmd olsun. Doğum fabrikindən çıxıb gəlmişəm buraya. Asandırmı bu? Fabrik bu”.

İnsanlarla birgə yaşamaq üçün dağdan enməyəcəyini deyən İsgəndər bunun üçün şəraitinin də olmadığını qeyd edib: “Geriyə dönmək yoxdur. Məndə dünya malımı var? Məndə heç nə yoxdur. Ölü bir adamam. Məzardayam. Əsgərin geri dönüşü yoxdur, hücum zamanı keçib. Oğul-uşaq hamısı cəbhədədir”.

Qeyd edək ki, 3 xarici dil bilən İsgəndər Gündüzün ərzaq və maddi ehtiyaclarını kənd sakinləri qarşılayır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur