Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7587
az

Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar - DÜNYANI ŞOKA SALAN CİNAYƏT

17:5802 Dekabr, 2018
3508
  • A
 
 İndoneziyada hər kəsi şoka salan hadisə baş verib. Nadir meymun cinsindən olan heyvanın 5 il boyunca seks köləsi edilib, cinsi istismara məruz qoyulduğu məlum olub.
Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu dəhşətli olayın bəzi detalları məlum olub.
Belə ki, sahibi tərəfindən cinsi istismara məruz qoyulan meymun hər gün təraş edilib. Əlavə olaraq o müxtəlif cür zinyət əşyaları ilə bəzədilib və makiyaj olunaraq "müştərilərə” təqdim olunub.
"Bornean" cinsindən olan Poni isimli nadir oranqutan 1997-ci ildə anasından alınaraq İndoneziyanın Kareng Oangi kəndinə gətirilib.
3 avro qarşılığında edilən təcavüz
Divara zəncirlənən heyvanın işkəncəsi hər gün daha da artıb. Zavallı meymun kənddə palma yağı istehsalatında işləyən bir çox kəndlinin təcavüzünə məruz qalıb. Hətta onlar, bu çirkin əməl üçün meymunun sahibinə 3 dollar da ödəyirmişlər.
Hər iki gündə bir dəfə təraş edilib
İki gündən bir təraş edilərək, üzərinə zorla parfüm sıxılan Poniyə makiyaj olunduğu da ortaya çıxıb. Hətta iddiaya görə, Poniyə bəzi müştəriləri tərəfindən xüsusi amansız işgəncələr də verilib.
2003-cü ildə oranqutanı zorla saxlanıldığı yerdən azad edən komandanın üzvü olan Lone Droscher-Nielson hisslərini bu sözlərlə ifadə edib: "Poninin fahişəlik üçün istifadə edildiyini öyrənəndə dəhşətə gəldim. Bunu eşidənə qədər bir insanın heyvana qarşı belə alçaqlıq edəcəyini ağlıma da gətirməzdim”.
Özəlliklə onun üçün gəlirdilər
Borneo oranqutanı yaşama dərnəyinin müdürü Maykl Desiletesin sözlərinə görə, kəndlilər özəlliklə Poniyə təcavüz etmək üçün həmin ünvana gəlirdilər:
"Bir insanın insanla zorla cinsi əlaqədə olmağı və təcavüz etməyi nə qədər də olsa, başadüşüləndir. Lakin bu insanların özəlliklə bir meymuna qarşı bu cür iyrənclik etməyi heç bir məntiqə sığmır”.
Bir nəfər qadın tərəfindən zorla cinsi istismara məruz qoyulan Poninin qurtarılan zaman 6-7 yaşlarında olduğu bildirilir.
35 polisin həyata keçirdiyi əməliyyat nəticəsində qurtarılan zavallı heyvan müalicə edilərək, xüsusu qorunma şərtilə ölkədə yerləşən qoruqların birinə yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu şəxsi tapana 10 milyon dollar vəd etdi
ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər
Ermənistanda əsgər GÜLLƏLƏNDİ

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun