Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108291
az

Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

16:1408 May, 2024
46
DÜNYA
  • A

Xocalı qatili, Qarabağdan qovulmuş qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistanda hakimiyyət əleyninə keçirilən etiraz aksiyalarına qoşulub.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında deyilir.

Balasanyanın etirazçılara rəhbərlik edən keçiş Baqrat Qalstanyanı dəstəklədiyi bildirilir.

“Biz vətən əsgərləri olaraq bəyan edirik ki, “Vətən üçün Tavuş” hərəkatını dəstəkləməklə yanaşı, həm də hərəkatın sıralarında dayanırıq”, - deyə Vitali Balasanyan Qarabağda döyüşmüş bir qrup keçmiş hərbçi ilə birgə bəyanata imza atıb.

Balasanyan və digərləri Ermənistan ictimaiyyətini mayın 9-da İrəvanın Respublika meydanına gələrək ümumxalq hərəkatının iştirakçısı olmağa çağırıblar.

Onlar Ermənistanın güc strukturlarından yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, hərəkata arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Erməni Apostol Kilsəsinin başçılıq etdiyini xatırlamağı tələb ediblər.

Qeyd edək ki, Vitali Balasanyan Ermənistanın “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “Artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. O, separatçıların qondarma “prezident” seçkilərində də iştirak edib, ancaq məğlub olub.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb.

Xocalı soyqırımının törədilməsində iştirak edib. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub.

Vitali Balasanyan 2023-cü il sentyabrın 28-də Xankəndidən qaçaraq Həkəri körpüsü istiqamətinə yollanıb.

Ancaq Həkəri keçid məntəqəsindəki Azərbaycan hərbçiləri Balasanyanın hərəkət istiqamətindən xəbər tutublar. Buna görə də “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” maşından düşərək dağ yolları ilə qaçmağa məcbur olub. İddiaya görə, o, gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.

Daha sonra Vitali Balasanyan Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən sorğuya cəlb olunub.  Baş naziri Nikol Paşinyanla dolayı yollarla əlaqəyə girən Xocalı qatili hakimiyyətin dəyişdirilməsi prosesində və ya siyasi proseslərdə iştirak etmək fikrində olmadığını bildirib.

Balasanyan Paşinyana söz verib ki, “Artsax erməniləri” hansısa status və zəmanətlə Qarabağa qayıdana qədər o, Ermənistanda sakitcə gözləyəcək. Daha sonra o, Paşinyana yalvararaq sakit buraxılmağını xahiş edib.

Bu söhbətdən sonra Balasanyan və onun qohumları sorğu prosesini həyata keçirən orqana dəvət olunmayıb. 

Ancaq indi etirazçılara qoşulduğunu bəyan edən V.Balasanyan xain xislətini bir daha nümayiş etdirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb