Pis vərdişlərinə görə məşhur aktyorun barmaqlarını kəsdilər — FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Загрузка...
 46 yaşlı aktyor Nejat İşlər bir neçə il əvvəl spirtli içkiyə meylli olduğu üçün septik şok keçirib və uzun müddət reanimasiya şöbəsində müalicə olunub.
“Oxu24.com” xəbər verir ki, problem daha da qabardığı üçün aktyorun əl barmaqlarından bəzisi kəsilmişdi. Amma Nejat onu bu vəziyyətə salan ziyanlı məhsullardan vaz keçə bilmir.

İstanbulun Asmalımecit səmtindəki bir klubda səhər saatlarına qədər spirtli içki içib siqaret çəkən aktyor evini çətinliklə tapıb. Dostlarının köməyi ilə evinə aparılan Nejatın çoxlu miqdarda spirtli içki qəbul etdiyi üzə çıxıb.

Spirtli içkiyə olan sevgisi aktyorun başına bəla da olmuşdu. “Kapalıçarşı” serialının çəkiliş meydançasına sərxoş gəldiyi üçün heyətdən çıxarılmış, onun yerinə Engin Altan Düzyatan gətirilmişdi. Bundan başqa Okan Bayülgənin verilişinə də sərxoş gəldiyi üçün tamaşaçıların sərt reaksiyası ilə qarşılaşmışdı. 



Paylaş:


12-okt, 2018 225
Загрузка...
 
loading...


 
Facebook səhifəmiz