Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20094
az

Stalinin Bakılı Arvadının Faciəvi Ölümü - GİZLİ TARİX üzə çıxdı

11:5121 Noyabr, 2019
1706
DÜNYA
  • A
Vaxtilə  “millətlər atası” sayılan Stalin 1943-cü ildə öz qeydlərinin birində yazırdı: “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq”.

Qılıncının qəbzəsinin də kəsdiyi bir vaxtda bunu etiraf edən Stalin bilirdi ki, o, nəinki ictimai həyatda, beynəlxalq siyasi arenada, hətta şəxsi ailəsi daxilində belə,  çoxsaylı fəsadların səbəbkarıdır. 1961-ci ildə də keçirilən müşavirədə nəşinin Mavzoleydən qaldırılması ilə bağlı çıxışlarda da bu amillər qeyd olunurdu. Doğrudur, orada daha çox Stalini Lenin ideyalarına sadiq qalmadığı üçün tənqid edirdilər. Amma insanlığa vurduğu zərbələr də təbii ki, unudulmurdu. Hansı zərbələr ki, özünü ailə daxilində də əks etdirirdi. Bu fəsadların ən ağırını yaşayan isə diktatorun ikinci xanımı əslən Bakıdan olan Nadejda Alliluyeva idi.

O, Stalinlə 14 il birgə həyat yaşadı. Məhz 14 ildən sonra, o, həyatındakı dözülməz hallara tab gətirməyərək intihar edib. 1932-ci ildə ürəyinə odlu silahdan atəş açaraq ölüb. İntihar etməzdən  bir gün əvvəl isə Stalinə onunla həyatın dözülməz olduğunu və boşanmaq istədiyini deyibmiş…

Diktatorun birinci evliliyinə də nəzər salaq: O, ilk dəfə 1904-cü ildə gürcü əsilli Yekaterina Svanidze ilə ailə həyatı qurub. İlk evliliyin ömrü çox qısa olub. Yekaterina 1907-ci ildə vərəm xəstəliyi səbəbindən dünyasını dəyişib. İlk nikahdan Yakov adlı oğlu olub ki, sonradan onun barəsində yaranacaq  müharibə əfsanələri ilə daha da məşhurlaşıb. Bu həmin Yakov idi ki, əsir düşən zaman Stalin “bir əsgəri heç vaxt feldmarşala dəyişmərəm” deyərək doğma oğlunun ölümünə səbəb olmuşdu.

O zaman almanlar Yakovu əsir götürərək, onu alman ordusunun feldmarşalı Paulyusla dəyişməyi təklif etsələr də, Stalin oğlunun ölümü ilə nəticələnən qərar qəbul edib.

Stalin ikinci dəfə 1919-cu ildə evlənib. İkinci həyat yoldaşı milli məsələlər üzrə Xalq Komissarlığında çalışan Nadejda Alliluyeva idi. Nadejda elə bu səbəbdən soyadını dəyişdirmir. Əslən bakılı olan bu xanımla rəsmi nikah 1919-cu il martın 24-də bağlanıb. Bu nikahdan iki uşaq – Vasili və Svetlana dünyaya  gəlib.

Yazının qəhrəmanı olan Nadejda Alliluyeva Bakıda anadan olub.  Nikita Xruşşovla eyni kursda oxumuş xanım aktiv ictimai şəxs kimi “İnqilab və mədəniyyət” jurnalı, “Pravda” qəzeti ilə yaxından əməkdaşlıq edib.

Araşdırmaçı jurnalist İlham Cəmiloğlu  Nadejdanın necə intihar etməsi və bu intiharın səbəbləri barəsində çox maraqlı qeydlərlə çıxış edib. Onun da fikrincə, Nadejdanı məhz Stalinin qəddarlığı məhv edib:

“Stalinin qəddarlığı ailədə də hökm sürüb və o öz həyat yoldaşına qarşı da amansız olub. 1932-ci ilin noyabrın 8-də Nadejda Alliluyeva “Valter” tapançası ilə özünü güllələyib. İntihara səbəb bir gün əvvəl Voroşilovun mənzilində ziyafət zamanı aralarındakı kiçik mübahisə olub. Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb.



Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.

Digər bir versiyaya görə Stalin qısqanclığa görə köməkçisinə əmr edib ki, Nadejdanı güllələsin. Daha bir versiya isə Nadejda Alliluyevanın xəstəliyi, dözülməz baş ağrılarından əziyyət çəkməsi olub. Onun ölümündən sonra otağından yazılmış məktub tapılıb. Bu məktubda şəxsi hisslərdən çox, hakimiyyət haqqında ittihamlar öz əksini tapıb. Stalin məktubda yazılanlardan belə qənaətə gəlib ki, Nadejda Alliluyeva üzdə özünü dövlətə yaxın bir insan kimi göstərsə də, o, daxilən hələ lap gənc yaşlarından Stalinə və onun rəhbərlik etdiyi dövlətə müxalif mövqedə olub. Dəfn günü həyat yoldaşı ilə sonuncu görüş üçün Stalin tabuta yaxınlaşanda, qəfil fikrini dəyişib, əlinin arxası ilə tabutu itələyib, geri qayıdıb.”


Diktator xanımı barəsində daha bir maraqlı fakt isə onun guya, Bakıda dəfn olunması ilə bağlıdır. Amma məsələ barəsində əlaqə saxladığımız bir neçə tədqiqatçı birmənalı olaraq bu faktı təkzib etdi.


“Stalinin bir neçə həyat yoldaşı olub. Rəsmi məlumatlara görə, onun rəsmi nigahda olduğu həyat Yekaterina Svanidze olub. Ancaq Stalinin bir xüsusiyyəti olub. Gəncliyindən, emosionallığından, Qafqaz qanının daşıyıcısından irəli gələrək, qadın cinsinə ehtirası, marağı çox olub. Harada sürgündə olurdusa, orada bir xanımla tanış olmalı idi. Sonrakı mərhələlərdə həm Rusiya, həm də Azərbaycan tədqiqatçıları bu barədə araşdırma aparıb. Mən özüm də “Kreml rəhbərlərinin psixoloji portretləri” adlı kitabımın Stalinlə bağlı bölməsində bu məsələni  müəyyən qədər açmışam".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stalinin Bakılı Arvadının Faciəvi Ölümü - GİZLİ TARİX üzə çıxdı
Dəhşətli kadr: İlan digər ilanı diri-diri uddu
Elm dünyası ŞOKDA! Ölüb dirilən adam elə şeylər danışdı ki...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ