Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18101
az

Yeddi gündə dünyanın 7 möcüzəsinə baş çəkdi - FOTO

20:4219 Sentyabr, 2019
666
  • A
 

 
İngilis səyyah və videobloqer Saymon Uilson altı gün, doqquz saat və üç dəqiqə ərzində təxminən 50 min kilometr məsafəni qət edib və dünyanın yeddi möcüzəsini görüb.

Oxu24.com ölkə.az-a istinadən bildirir ki, o, özü ilə gəzintiyə yalnız alt paltarı, iki köynək, idman şalvarı və fotoaparat olan kiçik bir çanta götürüb.

Bu günlər ərzində Saymon cəmi iki dəfə yataqda (hoteldə və mağarada) yata bilib. O, əsasən, taksi və təyyarədə dincəlib, aviaşirkətlərin təklif etdiyi yeməkləri yeyib.

O, bazar günü saat 04:45-də Mançester Hava Limanından Kolizeyi görmək üçün Romaya uçub. Saymon burada iki saat qalıb və sonra Misirə getmək üçün təyyarəyə minib. Səyyah hoteldə beş saat keçirdikdən sonra taksi ilə piramidaları və Sfinksi görməyə gedib.

Sonra İordaniyaya uçub və burada mağarada yatmağa 46 avro ödəyib.
Dördüncü gün Saymon Hindistana gedib. Burada o, Aqra şəhərindəki Tac-Mahalı görmək üçün dörd saat taksidə yol qət edib. Orada səyyah bir saat keçirib, sonra Böyük Çin səddini görmək üçün Pekinə uçub.

Altıncı gün onu mayalıların müqəddəs, qədim şəhəri Çiçen-İçanı görmək üçün Meksikaya uçuş gözləyirdi.

Oradan Saymon Xilaskar Məsihin heykəlini görmək üçün Rio-de-Janeyroya gedib və bundan sonra İngiltərəyə qayıdıb:

"Əgər cəhd etməsəydim, belə bir səfərin mümkün olub-olmayacağını heç vaxt bilməzdim. Bunu bacardığıma inana bilmirəm".

Xatırladaq ki, Misirdəki Xeops piramidası - dünyanın ən qədim yeddi möcüzəsindən bu günə qədər yaşayan yeganə tarixdir. Kolizey, Petra, Tac-Mahal, Çinin Böyük Səddi, Çiçen-İça, Xilaskar Məsihin heykəli, Perunun Maçu-Pikçu adlı qədim şəhəri dünyanın yeni yeddi möcüzəsi sırasınd
adır.






  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı