Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17278
az

130 \"qanuni oğru\"nu \"sındıran\" general — ÖLDÜ

10:2329 Avqust, 2019
905
  • A
 
“Ağ qu quşu” təcridxanasını yaradan və 130 "qanuni oğru"nu "sındıran" general Vasili Sntıseryev vəfat edib.

"Ölkə.Az" xəbər verir ki, avqustun 25-də Ulyanovskda ömrünün 91-ci ilində, Ölüm cəzası üçün “Ağ qu quşu” adlandırılan koloniyanın yaradıcısı, Federal Penitensiar Xidmətin (FSIN) general-mayoru Vasili Sntıseryev vəfat edib. Bu barədə "73online" regional portalı məlumat yayıb. Sntseryev 1929-cu ildə Tomsk vilayətində anadan olub. 1946-cı ildə Daxili İşlər Nazirliyində hərbiləşdirilmiş qarovul dəstəsinin atıcısı olub, sonra Tomsk vilayətində, Arxangelsk vilayətinin Magadan, Çukotka bölgələrində, eləcə də Kargopol İslah İşçi Düşərgəsində (İTL) müxtəlif vəzifələrdə xidmət edib. 1953-cü ildə Kolımıda xidmət edərkən Snıtseryev düşərgədəki iğtişaşların öhdəsindən gəlməyə kömək edib. 60-cı illərin ikinci yarısında Snıtseryevin rəhbərliyi ilə Dimitrovqradda 5 nömrəli koloniya yaradılıb. Koloniyada yeddi il işlədikdən sonra Ulyanovsk vilayətinin Daxili İşlər İdarəsinin islah əmək müəssisələri (OITU) şöbəsinin müdiri olub. 1980-ci ildə Sntseryev Usol meşə ITU şöbəsinin müdiri olub; onun rəhbərliyi altında “Ağ qu quşu” koloniyası yaradılıb, əsas məqsədi qanuni oğrularının "sınması" olub. Snıtseryevin xidmət etdiyi 10 il ərzində, cinayətkar dairələrdə Vasya Brilliant kimi tanınan Vladimir Babuşkin də daxil olmaqla, beş min məhkum “Ağ qu quşu” dan keçib. Bu müddət ərzində 130-a yaxın məhkum koloniyada oğru adlarından imtina edib. 1990-cı ildə Sntseryev təqaüdə çıxıb və Ulyanovska qayıdıb, burada veteran hərəkatında yaxından iştirak edib. Snıtseryev "Qırmızı Əmək Bayrağı" ordeni, səkkiz medal, "Daxili İşlər Nazirliyinin əməkdar əməkdaşı" nişanına layiq görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü