Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14997
az

Azərbaycanla Türkiyə təcili işə QARIŞMALIDIR: - \"Qafqazda böyük FƏLAKƏTLƏR BAŞ VERƏCƏK\"

15:5027 İyun, 2019
650
  • A
 
Qafqazda yeni böyük fəlakətlər baş verə bilər.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında Gürcüstanda gedən siyasi böhranın nə ilə nəticələnəcəyinə aydınlıq gətirib.

N. Cəfərsoy hesab edir ki, rəsmi Tbilisidə gedən proseslər Gürcüstanın dövlət kimi varlığını ortadan qaldırma riski daşıyır:


“Gürcüstanda siyasi böhran uzansa və ya Rusiya əleyhdarı müxalifət proseslərin sonunda uğur əldə etsə, ölkədə Kremlin patentli Cavaxetiya və Borçalı böhranlarını gündəmə gətirməsi ehtimalı çox yüksəkdir. Bunlardan Cavaxetiya böhranı uzun illərdir partlamağa hazır bomba xarakterindədir. Rusiyanın bu böhranı qabartmaq üçün yeterincə imkanları var. Elə yerli ermənilər arasında da bu proses üçün fürsət gözləyən çox sayda fəal şəxsin olduğu məlumdur. Rusiya Cavaxetiya böhranı ilə 3 qazanc əldə edə bilər. Birincisi, anti-Rusiya mövqeyi səbəbindən Gürcüstanı cəzalandırmaq. İkincisi, Qərb tərəfdarı Gürcüstan və Paşinyan Ermənistanı münasibətlərinə ölümcül zərbə vurmaq. Üçüncüsü isə Ermənistanda zəifləyən imicini erməni təcavüzkarlığının yeni nümunəsinə dəstək verərək təmir etmək imkanı əldə edər. Digər tərəfdən, qeyd edilənlər Ermənistanın daxilindəki Köçəryan komandası üçün də əla siyasi güc qazanmaq fürsəti olar”.

Ekspert qeyd edib ki, Borçalıda Cavaxetiya ilə müqayisədə bənzər separatist tendesiyalar olmasa da, bu prosesi hərəkətləndirəcək həssas nöqtələr mövcuddur:

“Bölgə insanlarının sosial-iqtisadi problemləri, gürcü milliyətçiliyinin təxribat xarakterli davranışları və şüarları, erməni terrorçuya abidə ucaldılması, Azərbaycan-Gürcüstan sərhədindəki kilsə məsələsi bunun üçün müxtəlif həssaslıqlar yaradır. Rusiyanın Borçalı üzərindəki proseslərə təsir etmək imkanları da kifayət qədər genişdir. Gürcü müxalifətinin mitinqlərində Rusiya ilə yanaşı Azərbaycanla sərhəd probleminin də qabardılmasını unutmayaq. Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan və alovlandırılmağa çalışdırılan gərginlik səyləri təsadüf deyildi. Bu səylərin Borçalı böhranı üçün münasib psixoloji və praktiki müstəvi yaratmağa hesablandığını demək yanlış olmaz”.

N. Cəfərsoy vurğulayıb ki, Rusiya yaradılacaq “Borçalı böhranı” ilə 5 qazanc əldə edə bilər:

“Birincisi, Rusiyaya qarşı çıxdığına görə Gürcüstanı cəzalandıracaq, ikincisi, Azərbaycan-Gürcüstan münasibətlərinə ölümcül zərbə vuracaq, üçüncüsü, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını parçalayacaq, dördüncüsü isə Borçalı azərbaycanlılarını dəstəkləməklə Azərbaycan ictimai rəyində müsbət rəy yaratmağa nail olacaq. Lakin ən mühümü və beşincisi, Rusiya bununla Azərbaycana yeni etnik separatizm dalğası yarada biləcəyi mesajını verəcək”.

N. Cəfərsoy ABŞ-ın Rusiyanı Suriyadan İran hərbçilərinin çıxmasına razı salmaq üçün nə vəd etdiyinə də aydınlıq gətirib:

“Ola bilər ki, Rusiyanın ABŞ-la razılaşdığı məqamlar sırasında postsovet coğrafiyasında daha rahat hərəkət etmək imkanı da var. Ümumilikdə, bu proseslərin baş verməsi Qafqazda yeni böyük fəlakətlərə gətirib çıxara bilər. Buna görə də, Azərbaycan və Türkiyənin Gürcüstandakı siyasi böhranı həll etmək üçün təcili və fəal vastiəçilik mövqeyi ortaya qoyması strateji zərurətdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur