Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14361
az

Türkiyə futbolçusuna mikrafon əvəzinə tualet fırçası uzatdı - ŞOK kadr

10:3410 İyun, 2019
768
  • A
 
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11- İslandiyanın qonağı olacaq Türkiyə yığma komandası Reykyavikə yollanıb.

Oxu24.com  xəbər verir ki, Konyadan birbaşa reyslə İslandiyaya yollanan təyyarə 6,5 saatlıq uçuşdan sonra Reykyavik hava limanına çatıb.

Ancaq hava limanında Türkiyə millisi xoş olmayan sürprizlə üzləşib. Komanda üzləri iki saat pasport yoxlanışında gözləyiblər.

Burak Yılmaz və kapitan Əmrə Belözoğlu jurnalistlərə açıqlamasında etirazlarını bildiriblər.

Burak Yılmaz: "Etdikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar. Təkrar-təkrar yoxlayırlar. Biz 6,5 saat uçmuşuq, 3 saat da burda gözləyirik".

Əmrə Belözoğlu: "Mən nəsə demək istəmirəm. Bizim ölkəmizə qurban olsunlar. Yəqin ki, açıqlama olacaq. Təəssüf ki, enəndən sonra lazımsız axtarışlar oldu".

Əmrə müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs mikrofon əvəzinə tualet fırçası uzadıb. 38 yaşlı yarımmüdafiəçi islandiyalı jurnalistin provakasiyasına heç bir reaksiya verməyib.

"Ay-ulduz"lu komanda uzun gözləmədən sonra avtobusla otelə yollanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda tərəflər baş-başa gəldi: Zurabişvili prokurorun çağırışına getmədi
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başladı - VİDEO
Fransızlar Makronu bəyənmir - Reytinqi şok həddə düşdü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO