Porno sənayesində əməkhaqları necədir?
Qərb ölkələrinin porno industriyasındakı əməkhaqları çoxları üçün maraqlıdır. Amma bir çox sənayelərdə olduğu kimi burada da əməkhaqları oxşar xüsusiyyətlərə və fərdi üstünlüklərə, bacarıqlara əsasən müəyyənləşdirilir. Bəzi ulduzların əmək haqları isə qədərindən artıq şişirdilir.
“Daily Beast” nəşri yazır ki, porno sənayesində işə başlayan şəxslər adətən menecerə ehtiyac duyurlar. Menecerlərə adətən qonorarın 10-20%-ı çatır. Ancaq əgər işə başlayan təcrübəsizdirsə, menecerlər onları asanlıqla aldadaraq daha çox faiz ala bilirlər.
Bu sahədə çalışanlar müxtəlif irqlərdən olanlarla cinsi əlaqəyə girərkən daha çox qonorar tələb edirlər.
Bəs əslində ulduzlar seks səhnələrinə görə nə qədər alırlar?
Müxtəlif şirkətlərdən, agentlərdən və ənənəvi porno ulduzlardan alınan məlumatlara görə, əmək haqları ulduzun kimliyinə və seks səhnəsinin mürəkkəbliyinə görə dəyişir, ancaq sənayedə standartlar da mövcuddur.
Qadın performansçının bir seks səhnəsi üçün ortalama qonorarı 700-1000 dollar arasında dəyişir. Tanınmış ulduzlarda isə bu rəqəm 1200 dollardan başlayır. Performansçılara çətin və mürəkkəb seks səhnələrinə görə daha çox qonorar verilir. Performansçılar ən böyük qonorarı üçlü, dördlü qruplara və orgiyalara görə alırlar, burada qonorar 1200-2500 dollar arasında dəyişir. İki və üç nəfər kişi ilə eyni vaxtda müxtəlif nahiyələrdən cinsi əlaqəyə girməyin də qonorarı böyükdür.
Kişi performansçılar qadınlardan iki qat daha az qonorar alırlar. Daha stabil və böyük qonorar almaq istəyən kişi performansçı sənayedə özünü təsdiq etməlidir.
Porno sənayesinə təzə daxil olan qadınlar adətən yüksək qonorar alırlar. Kişilərdə isə bu əksinədir.
Bilge.az
Oxu24.com
ŞƏRHLƏR