Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4389
az

Ucar rayonu internet problemi ilə üzə-üzə : Məsul şəxslər suallardan qaçır

11:2810 Avqust, 2018
1732
  • A
 Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Hətta bəzi provayderlərin internet təminatında qısa fasilələr də müşahidə olunur. Bir sıra özəl provayderlər isə bu problemin onlardan qaynaqlanmadığını bildirirlər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, internetin aşağı səviyyədə xidmət göstərməsinin əsas səbəblərindən biri dövlət və özəl provayderlər arasındakı rəqabət şəraitinin bərabər olmamasıdır.

İnternetdən istifadədə ciddi problemlər yaşayan bölgələrdən biri də Ucar rayonudur.

Oxu24.com xəbər verir ki, Rayon sakinlərinin Femida.az-a müraciətində qeyd olunur ki,rayon ərazisində internetin sürəti yox dərəcəsindədir.

Saytımıza müraciət edən rayon sakini Kərimov Əvəz Knyaz oğlunun sözlərinə görə,qeyd olunan problem həmişə yaşanıb.Amma son günlər internetdən istifadə mümkünsüz olub.

“Problemlə bağlı dəfələrlə yerli idarəyə məlumat vermişik.Onlardan bir xəbər çıxmır. Problem təkcə bizdə deyil.Rayonda internetin sürətindən bir çox adam narazıdır.Hazırda bizim internetimiz işləmir.Aylıq ödənişimizi də etmişik.”, deyə vətəndaş müraciətində bildirib.

Femida.az məsələni araşdırmaq üçün “Aztelecom” MMC-nin Ucar Rayon Telekommunikasiya Qovşağı ilə əlaqə saxlayıb.Baş mühəndis Amil Əhmədov məsələnin onlara aidiyyatı olmadığını və baş idarəyə müraciət etməyimizi bildirdi.

“Həmin abanent Data+ şirkətinin xidmətlərindən istifadə edir.Həmin şirkətdən və qeyd olunan nömrənin sahibindən bizə problemlə bağlı müraciət daxil olmayıb”, deyə baş mühəndis açıqlamasında bildirib.

Baş mühəndisdən fərqli olaraq abanent dəfələrlə mövcud problemlə bağlı müraciət etdiklərini nə nəticə əldə olunmadığını bildirir.

Qovşağın əməkdaşı daha sonra sualları cavablandırmaqdan imtina edərək məsələnin “Aztelecom” MMC-ə ilə həll olunmalı olduğunu bildirdi.

Femida.az məsələ ilə bağlı “Aztelecom” MMC –nin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edib. Şöbədən verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi barədə əlavə məlumat veriləcək.

Ucar rayonu ərazisində internet problemi təkcə bununla bitmir.Rayonun Qarabörk kənd sakinlərinin saytımıza bildirdiyi məlumata görə,günün bu günü belə kənddə internet şəbəkəsi yoxdur. Qarabörk kəndi rayon mərkəzindən 4 km məsafədə yerləşir. Ucar rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən məlumata görə, kəndin əhalisinin sayı 3857 nəfər təşkil edir.

Göründüyü kimi kənd rayon mərkəzində olduqca yaxın məsafədə yerləşir.Ərazinin internetlə təmin edilməsi hansı səbəbdən gecikir?

Femida.az kənd sakinlərinin müraciəti ilə bağlı “Aztelecom” MMC-nin Ucar Rayon Telekommunikasiya Qovşağı ilə əlaqə saxlamağa cəhd etsə də,suallarımıza cavab verən olmadı.Mövzu ilə bağlı “Aztelecom” MMC –nin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirdilər ki,hazırda kəndlərin internet şəbəkəsi ilə təmin edilməsi prosesləri davam etdirilir.
Femida.az məsələni diqqətdə saxlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgisiz yaşamağın üstünlükləri: Subay insanlara paxıllıq etmək üçün 4 səbəb
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı