Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20031
az

Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

17:0919 Noyabr, 2019
449
  • A
 “İl ərzində həm Əfv Məsələləri Komissiyasına, həm də komissiyanın üzvlərinə müraciətlər daxil olur”.

Oxu24.com bildririr ki, bu sözləri Lent.az -a Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev deyib. O bildirib ki, daxil olan müraciətlər toplanır, baxılır və araşdırılır:

“Əfv sərəncamının imzalanması Prezidentin səlahiyyətindədir. Prezidentin müvafiq göstərişindən sonra vaxt təyin olunur və komissiyanın iclasları başlayır. Bu səbəbdən də növbəti əfv sərəncamının nə vaxt veriləcəyi ilə bağlı dəqiq nəsə demək mümkün deyil.

Xatırladım ki, əfv sərəncamı bu il Novruz bayramı ərəfəsində verilib. Ehtimal edirəm ki, növbəti sərəncam gələn il - 2020-ci ildə imzalana bilər”.

Qeyd edək ki, bu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur