Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16860
az

Məktəbli formalarının qiyməti açıqlandı

19:0117 Avqust, 2019
874
  • A
 Vahid məktəbli formaları 40-46 manata təklif edilir.

Bu barədə Oxu24.com-a Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, 2010-cu ildən vahid məktəbli formalarının istehsalı Bakı Tikiş Evinə həvalə edilib:

"Ümumiyyətlə, bu gün orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qanunla 100 manatdan aşağı satılan məhsulun keyfiyyətinə zəmanət verilməsə də , biz məhsullarımıza ən azı bir il zəmanət veririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. Bizim məktəbli formalarımız kifayət qədər keyfiyyətlidir. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik".

E.Əzimov vahid məktəbli formalarından şikayət edən valideynlərə müraciət edib:

"Vahid məktəbli formalarımızın modellərini oğurlayan "işbazlar" zirzəmi şəraitində fəaliyyət göstərən sexlərdə geyim istehsal edir. Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarır. Bununla mübarizə aparırıq. Geyimləri beş manat daha ucuz sataraq qazanc əldə edirlər.

O geyimlər, təbii ki, keyfiyyətsiz olacaq və uşaqlar üçün də təhlükəlidir. Geyimlərin orijinal olduğunu yoxlamaq üçün sertifikat tələb etsinlər. Vağzaldan, Bakı Tikiş Evinə aid olmayan müxtəlif satış məntəqələrindən geyimlər almasınlar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur