Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16166
az

\"Azərbaycan təyyarəsini Rusiya vurub\" - ŞOK AÇIQLAMA

17:3926 İyul, 2019
1605
  • A
"Azərbaycan Müdafiə Nazirliyinin pilotu və MiQ-29 döyüş təyyarəsi Rusiya Müdafiə Nazirliyinin Cənub Qoşunlarının tərkibinə daxil olan Xəzər Donanmasının hərbçiləri tərəfindən səhvən Radioelektron avadanlıqların istifadəsi ilə sıradan çıxarılıb".

Redaktor.az bildirir ki, hərbi ekspert Üzeyir Cəfərli bu iddianı Feysbuk səhifəsində qeyd edib. Ekspert bu məlumatı ölkədən kənar çox mötəbər bir hərbi diplomatın ona bir neçə saat bundan əvvəl verdiyini bildirib:

“Dünən baş vermiş faciə ilə əlaqədar hər kəs çox narahatdır və Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarına aid MiQ-29 təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğramasının səbəbləri ilə maraqlanır. Ən əsası da, peşəkar zabitimiz polkovnik-leytenant Rəşad Atakişiyevin taleyindən hələ də məlumat olmadığından daha çox üzülürük. Yazacağım qeydlərə və versiyaya çox xahiş edirəm ki, heç bir siyasi rəng və çalar qatılmasın. Yazdıqlarımın da qətiyyən Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına yönəlik addım olması fikrini də qətiyyətlə bəri başdan rədd edirəm. Çox xahiş edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və yaradılmış komissiya üzvləri hərtərəfli, geniş yoxlama işləri apardıqdan sonra özləri qərar versinlər”.

Ekspert qeyd edib ki, Rusiya tərəfinin hərbi pilotlarımızın gecə uçuşları həyata keçirəcəklərindən məlumatı var idi:

“Sadəcə, axşam saat 22 radələrində Rusiya tərəfinin hərbçiləri ya bilərəkdən, ya da bilməyərəkdən (bunu yalnız istintaq qrupu araşdıra və dəqiq qiymət verə bilər) ən müasir REM vasitələrini işə salaraq MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər.Bu məlumatı mənə ölkəmizdən kənar çox mötəbər bir hərbi diplomat bir neçə saat bundan əvvəl verdi. Hadisənin baş vermə vaxtı və iyulun 18-dən rusların məhz Xəzər dənizinin Şimal istiqamətində təyyarəmizin qəzaya uğradığı ərazinin lap yaxınlığında REM qoşunlarının genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəsinin olması Azərbaycanın MiQ-29 təyyarəsinin ya qəsdən, ya da bilməyərəkdən "söndürülməsi" versiyasını tam əsaslandırır. Yazdıqlarımı qətiyyən heç bir siyasi çalar vermədən təhlil edilməsini həm xahiş, həm də gələcəkdə belə faciələrin baş verməməsi nöqteyi-nəzərdən yoxlanılmasını vacib sayıram”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur