Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12980
az

Azərbaycanla Türkiyənin bu addımı Ermənistanı SİLKƏLƏDİ: hucum etməsək... - SENSASİON ÇAĞIRIŞ

00:0210 May, 2019
856
  • A
 
Ermənistan cəbhədə Azərbaycan Ordusunun fəallaşdığını, irihəcmli mühəndislik işlərinin aparıldığını iddia edir.

Oxu24.com  xəbər verir ki, son günlər işğalçı erməni hərbi birləşmələrinin itkilər verməsi, yaralanma hadisələrinin artması, o cümlədən, əsgərlərin müəmmalı şəkildə yoxa çıxmasına görə İrəvan Azərbaycanı günahlandırır. Halbuki, erməni hərbi birləşmələri təmas xəttində gərginliyin artırılması məqsədilə cəbhəboyu kəndlərdə mülki əhalini intensiv atəşə tutur.

Müşahidələr göstərir ki, hazırda cəbhədə vəziyyət müharibə həddinə çatıb və işğalçı tərəf Düşənbə razılığına əməl etmək niyyətində deyil.

Erməni politoloq Robert Qevondyan bildirib ki, Azərbaycan Düşənbə razılaşmasına əməl edilmədiyini və atəşkəsin zaman-zaman pozulduğunu görəndən sonra aktivləşdi.

“Bakı gözləyirdi ki, Ermənistanda siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da dəyişikliyə səbəb olacaq, lakin İrəvan hərbi ritorikanı dayandırmadı və daha sərt mövqe sərgilədi. Buna görə də təmas xəttində aktivləşmə başlandı. Ermənistan cəmiyyətində Azərbaycana sərt hərbi cavab verilməsi gözləntisi var, buna görə də yeni hakimiyyət bəyanatlarında bu xətti seçdi. Bu, cəbhədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Politoloq Levon Şirinyan isə Azərbaycan-Türkiyə hərbi təlimlərinə diqqət çəkib və qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir.

Şirinyan Ermənistan ordusunu Azərbaycana hücum etməyə çağırıb və qorxu ilə bildirib ki, “hücum geciksə, rəqib bizi qabaqlayacaq və o zaman heç nəyi xilas etmək mümkün olmayacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
SON DƏQİQƏ! Rusiya sülhməramlıları Qarabağı tərk edir

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Sabiq Baş pediatr Nəsib Quliyev özünü güllələdi