Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12211
az

Acı şokoladın 6 möhtəşəm faydası – HƏR GÜN YEYİN

21:0520 Aprel, 2019
799
  • A
Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi məsləhət görürlər.  Şokoladın tərkibində kakao və şəkər az olarsa. faydaları bir o qədər çox olar.  

Oxu24.com sizə hər gün acı şokolad yeməyin 6 müsbət təsirini təqdim edir:

1. Şokolad beyni işləməyə məcbur edir.

Onun tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır.

2. Acı şokoladın tərkibində yaşıl çayda və almada olandan daha çox antioksidant var.

Antioksidantlar sərbəst radikallarla mübarizə aparırlar. Bu hissəciklər xərçəngin, aterosklerozun, Altsheymer xəstəliyinin, diabetin, kataraktanın və bundan əlavə 50-ya yaxın təhlükəli xəstəliyin  inkişafına səbəb olur.

3. Qara şokolad qadınlar üçün yaxşı afrodizyak hesab edilir.

İtaliya alimlərinin fikirlərinə görə, şokolad sevən qadınların seksual aktivliyi bu şirniyyatı sevməyənlərlə müqayisədə çox yüksək olur. Bunun səbəbi isə şokoladın tərkibində fenilalanin maddəsinin olmasıdır. Bu maddə endorfinin əmələ gəlməsini sürətləndirir.

4. Şokolad əhval-ruhiyyəni yaxşılaşdırır.
Kakao tozunun tərkibində stressi aradan qaldıran, əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə əhvala yaxşı təsir edir.

5. Ürək-damar xəstəlikləri ilə mübarizə aparır
Alimlər  50-64 yaşlı 55 min insanı qiymətləndirərək müəyyən ediblər ki, gün ərzində 30 qr şokolad yeyən insanlar 30% daha az ürək-damar xəstəliyinə tutulur.
 
6. Şokoladla öskürəyi sağaltmaq mümkündür.

Alimlərin bildirdiklərinə görə, şokolad öskürəyi, hətta ən təsirli dərmanlardan belə yaxşı sağaldır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgisiz yaşamağın üstünlükləri: Subay insanlara paxıllıq etmək üçün 4 səbəb
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur