Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99
az

Sperma allergiyası nədir? – Əlamətləri budur

12:0730 Mart, 2018
4061
TİBB
  • A
 Bir çox hallarda partnyorlar arasında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır. Qadınlarda aşınma, qıcıqlanma, qaşınma kimi hallar yaranır. 

Oxu24.com  xəbər verir ki,  Ailem.az problemlə bağlı türkiyəli mütəxəssis Sinan Akkurtun  məsləhətlərini diqqətinizə çatdırır.

Həkim məlumat verir ki, sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir. Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.

Xüsusilə əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma, batma kimi əlamətlər, vaginada aşınma, ağrılı əlaqə kimi hallarda sperma allergiyasından şübhələnmək lazımdır: “Kişi və qadın bədənində hər zaman yad maddələrə və mikroblara qarşı bir baryer mövcuddur. Orqanizmimiz bizi qorumaq üçün bir baryer yaradır. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif maddələr və protein var. Həmçinin, sürüşkənləşdirici, qidalandırıcı, formalaşdırıcı maddələr də mövcuddur. Bunlar kişi üçün nə qədər təbiidirsə, qadın üçün bir o qədər yad maddələrdir. İmmunitet sistemini hərəkətə gətirən bir reaksiya yaradır. Xüsusilə allergik baxımdan həssas şəxslərdə spermanın tərkibindəki proteinlər allergik reaksiya yarada bilir”.

 
Mütəxəssis deyir ki, sperma allergiyası testi sperma mayesinin içindəki antikor səviyyəsini araşdıraraq həyata keçirilə bilər. Dəri testləri ilə də yoxlanır. Prezervativ istifadə etmək allergik vəziyyətlərin qarşısını alsa da, bu, uşaq istəyən cütlüklər üçün bir çıxış yolu deyil. Müalicəsində immuno terapiyadan istifadə edilir. Yüksək dozalı antikor zamanı  isə kortizon istifadə edilir.


Eyni zamanda cütlüklərin orqanizmində olan başqa səbəblər ortadan qaldırılır (infeksiya, candida göbələyi, başqa allergiyalar). Bu müalicələr bitdikdən sonra sperma yumurta ilə qarşılaşdığında hər hansı bir allergiya əlaməti ortaya çıxmır.


Bəyənin https://www.facebook.com/sozbazari/" target="_blank">BİZİ BURADAN İZLƏYİN Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi