Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97460
az

Diqqət! Diş ətinin vəziyyəti bu xəstəliklərə işarədir

00:5207 Noyabr, 2023
539
TİBB
  • A

QİÇS-ə səbəb olan HİV virusunun ilkin dövrlərində ağız boşluğunda əlamətləri üzə çıxa bilər.

 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu estetik diş həkimi Efe Kaya deyib.


Efe Kaya diş və diş əti xəstəliklərinin sağlamlıq haqqında vacib işarə verdiyini açıqlayıb.

HİV pozitiv olan xəstələrdə ağız boşluğunda göbələk infeksiyasında artım hiss olunur. Ağız boşluğunda, xüsusilə də gənclərdə dodaqların kənarında ağ-qırmızı rəngli zədələr HİV əlaməti ola bilər.

QİÇS olduqda isə diş əti problemləri müşahidə olunur. Demək olar ki, bütün QİÇS xəstələrində diş əti iltihabı (qinqivit) müşahidə edilir. Diş əti problemləri, adətən, ağrılı və müntəzəm qanama ilə əlamətdardır. Ağız içində ağrısız, xüsusilə damaq bölgəsində bənövşəyi-qəhvəyi rəngli yaralar HİV-in əlaməti ola bilər.

Ağız boşluğunda üç həftə boyunca sağalmayan və davamlı olaraq qanayan yaralara diqqət edilməli, mütləq həkimə müraciət olunmalıdır. Xərçəng xəstəliyi bədənin sağalma mexanizminə zərər yetirdiyindən və bədəni idarə olunmayan hüceyrə bölgüsünə məcbur etdiyindən bu hal xərçəngin əlaməti ola bilər.

Ağız içindəki tüpürcək dişləri təmizləyərkən dişlərin çürüməsinin qarşısını almağa da xidmət edir. Bu səbəbdən tüpürcəyin miqdarının azalması dişlərin çürüməsinə səbəb olur.

Diş əti çənə bölgəsindən qan damarları alır və qidalanır. Diş ətinin sağlam rəngi çəhrayı rəngdir. Solğun diş əti rəngi anemiya (qanazlığı) xəstəliyinin əlaməti ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO